Rusiya bu ilin sonuna qədər Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini dayandırır.
Bunu Rusiya nümayəndə heyətinin rəhbəri Alexei Pushkov deyib.
AŞPA yanvarın 29-da Rusiya nümayəndə heyətinə qarşı sanksiyaların müddətini uzadıb. Onun səlahiyyətləri və səsvermə hüququnu bərpa etməyib. Bu, Rusiyanın Ukrayna siyasətində dəyişiklik olmaması ilə bağlıdır.
Pushkov onu da deyib ki, Rusiya AŞPA-ya verdiyi təklifi də geri götürür.
Təklif edilmişdi ki, Rusiya həbsxanasında olan ukraynalı pilot Savchenko-ya baş çəkmək üçün AŞPA-dan nümayəndə heyəti göndərilsin.