Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 09:55

Tərtərdə nələr baş verir? Polis bir, sakinlər başqa söz deyirlər


Arxiv fotosu
Arxiv fotosu

-

Gözlə

No media source currently available

0:00 0:02:58 0:00
Direct-ə keçid


Fevralın 4-də gecə saatlarında 250 nəfərə yaxın Ağdamın köçürülən Şotlanı kənd sakinləri Tərtər rayon Polis Şöbəsinin qarşısında aksiya keçirib. Aksiyaya səbəb 32 yaşlı kənd sakini Səbuhi Dünyamalıyevin elə həmin gün polis şöbəsində ölümü olub. Bu haqda AzadlıqRadiosuna məlumat verən kənd sakinlərinin sözlərinə görə, onlar həmkəndlilərinin işgəncə ilə öldürüldüyünü ehtimal edirlər. Sakinlər deyir ki, şöbənin qarşısına toplaşmaqdla Səbuhi Dünyamalıyevi öldürənlərin üzə çıxarılıb cəzalanmasını tələb ediblər. Polisdən isə onlara bildirilib ki, mərhum işgəncə nəticəsində ölməyib, özünü asaraq intihar edib.

“QARA CİYƏRİNİ PARTLATMIŞDILAR”

Mərhumun bacısı Süsən Dünyamalıyeva da “Anspress”ə açıqlamasında qardaşının işgəncə ilə öldürüldüyünü iddia edib. O, döyülmə nəticəsində qardaşının qara ciyərinin parçalandığını deyib:

“Döymüşdülər, qara ciyərini partlatmışdılar. Dərman aldıq verdik. Bura təcili yardım çağırıldı. Sonra Gəncəyə apardılar. Gəncədən qaytardıqdan bir saat keçməmiş, öldü. Görüblər vəziyyəti ağırdı, yalandan ”özünü asıb" dedilər".

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən kənd sakinlərindən biri AzadlıqRadiosuna bildirib ki, polisin açıqlamasından sonra aksiyaçılar daha da qəzəblənib və şöbəyə hücum ediblər. O bildirir ki, hadisə yerinə gələn əlavə polis və daxili qoşun qüvvələri sakinləri şöbənin qarşısından uzaqlaşdırıb:

“Həmin gün Səbuhi Gəncədəki təcridxanadan sağ-salamat Tərtərə məhkəməyə gətirilib və bir neçə saat polis şöbəsində saxlanıb. Gətiriləndən bir neçə saat sonra hadisə baş verib.

Polis açıqlama verib ki, guya özünü mələfə ilə asıb. Sakinlər də buna inanmayıb, toplaşdılar şöbənin qarşısına. İçəri girməyə çalışırdılar. Dəmir, daş tullayırdılar. Təbii ki, polislər buna imkan vermirdilər. Sonradan daxili qoşunların əsgərləri gəlib camaatı dağıtdı. Kəndin təxminən 80 %-i orada idi.

Hadisə zamanı polis 6 nəfəri saxlayıb. Harda olduqlarını bilmirik.

Şöbəyə hücüm vaxtı kənd sakinlərindən polislərə şillə atanlar olub. Yalandan deyirlər özünü asıb. Bunlardan nə desən çıxar. Özlərini doğru çıxarmaq üçün boğazına ip sarıyıb iz salarlar ki, bax, həqiqətən asıb özünü”.

RƏSMİLƏR TƏKZİB EDİR

Tərtər rayon Polis Şöbəsindən Apa informasiya agentliyinə verilən məlumatda kənd sakinlərinin şöbənin qarşısında aksiya keçirməsi xəbəri təkzib edilib. Şöbənin rəisi Rauf Məcidov bildirib ki, vəziyyət tam nəzarətdədir və rayon polisi həmişəki iş rejimi ilə işləyir. Polis rəisi rayon sakinlərinin saxlanmaları barədə də hər hansı məlumat verməyib.

Tərtər rayon Prokurorluğundan da bildirilib ki, Səbuhi Dünyamalıyev Tərtər rayon polis şöbəsinin müvəqqəti saxlama kamerasında özünü mələfə ilə asıb. Məlumatda bildirilir ki o, istintaqın gedişilə əlaqədar Gəncə şəhərindən Tərtər rayon polis şöbəsinə göndərilibmiş.

Səbuhi Dünyamalıyev narkotik satışında ittiham olunurdu.

Hadisə ilə bağlı cinayət işinin açılıb-açılmaması ilə bağlı məlumat verilməyib.

XS
SM
MD
LG