-
Avropa Yayım Birliyi elan edib ki, Avstraliya bu il ilk dəfə olaraq Avroviziya Mahnı Müsabiqəsinə qatılacaq.
"Bəli, oxuduğunuz düzdür!" Avroviziya təşkilatçılar fevralın 10-da vebsaytlarında yazıblar. Onlar coğrafi sərhədləri aşan bu qərarı belə izah ediblər ki, populyar mahnı yarışmasının 60 illiyində "miqyasını böyütmək" istəyiblər.
Təşkilatçıların dediyinə görə, Avstraliya təmsilçisi mayın 23-də Vyanada yarışmanı udarsa, gələn il də bu ölkə yarışa qatıla bilər, ancaq Avstraliyanı daimi iştirakçıya çevirmək planı yoxdur.
Avroviziya Avstraliyada çox populyardır, SBS ictimai yayım şirkəti 30 ildir bu müsabiqəni yayımlayır. Ötən il 900 min SBS izləyicisi müsabiqəyə baxıb.
2014-cü ildə Kopenhagendə keçirilən müsabiqəni Avstriyadan homoseksual Conchita Wurst udub.