Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:57

Sumqayıtdakı bankomatların qarşısında növbədir


Foto: Arxiv. Qubada bankomatın önü'
Foto: Arxiv. Qubada bankomatın önü'

-

«Səhər saat 9-un yarısından bankomatın qarşısında dayanmışam. Hələ də növbəmi gözləməkdəyəm. Mənim kimi bəlkə azı 300 nəfər təqaüdçü gözləyir».

AzadlıqRadiosunun «Qaynar xətt»inə zəng vuran Sumqayıt sakini Kəramət Həsənov üç gündür ki, təqaüdünü ala bilmədiyini deyir. Onun bildirdiyinə görə, şəhərdəki bankomatların bir hissəsi işləmir, bir hissəsində isə pul yoxdur. Əziyyəti də təqaüdçülər çəkir:

«PENSİYA ALMAQ VAXTI GƏLƏNDƏ ƏZİYYƏT ÇƏKİRİK»

«Pensiyamı ala bilmirəm. 76 yaşım var, xəstə adamam. İki gündür düşmüşəm Sumqayıtın canına. Hansı bankomata yaxınlaşıramsa, ya işləmir, ya da qarşısında uzun növbə var. Bu təqaüdçülər yaşlı adamlardır, hərəsinin bir xəstəliyi, narahatlığı var. Hər dəfə min cür əziyyət çəkirik».

Kəramət Həsənovla danışarkən bankomat qarşısında mübahisələrin də səsi eşidilirdi. Kəramət Həsənov bir neçə təqaüdçünün növbə üstündə mübahisə etdiyini, digər təqaüdçülərin onlardan birinə dərman verdiyini dedi.

«BANKOMATLARA KÜTLƏVİ AXININ NƏTİCƏSİDİR»

Azərbaycan Beynəlxalq Bankı mətbuat xidmətinin rəhbəri Rauf Ağayev məsələyə münasibət bildirir:

«Pensiya günlərində bu, mümkün olan şeydir. Bankomatlar işləyir, sadəcə, bankomatdakı pul tutumu elədir ki, kütləvi axın olan günlərdə pul tez tükənir. Ona görə də, tez-tez inkassasiya olunur. Bu da bir az vaxt aparan prosesdir. Biz bankomatları Dövlət Sosial Müdafiə Fondunun dislokasiyası əsasında yerləşdiririk. Çünki onlar bilirlər ki, harada təqaüdçülər daha kompakt şəkildədirlər. Biz tərəfdən heç bir problem yoxdur. Bankomatlar işlək vəziyyətdədir».

Rauf Ağayev bildirir ki, Azərbaycan Beynəlxalq Bankının 730 bankomatı var. Başqa banklarla müqayisədə bu bankın bankomatlarının sayı çoxdur.

XS
SM
MD
LG