Putin: "Sifariş və təxribat"
Rusiya prezidenti Vladimir Putin Nemtsovun sifarişlə qətlə yetirildiyini və bunun siyasi təxribat olduğunu bildirib. RİAnovosti xəbər verir ki, Putin Nemtsovun yaxınlarına və ailərsinə başsağlığı verib və güc strukturlarına qətlin araşdırılmasını tapışırıb.
İsa Qəmbər Boris Nemtsov-u belə xatırladı
İndi də Boris...
Şahmat üzrə keçmiş dünya çempionu Garry Kasparov «Twitter» hesabında yazıb: «Jurnalist Anna Politkovskaya öldürülüb. Malayziya təyyarəsi Ukrayna səmasında vurulub. İndi də Boris qətlə yetirildi. Kreml müxalifəti, ya da Mərkəzi Kəşfiyyat İdarəsini günahlandıracaq».
ABŞ qərəzsiz və şəffaf təhqiqata çağırır
ABŞ prezidenti Barack Obama yaydığı bəyanatda Boris Nemtsov-un «amansız qətlindən» narahat olduğunu bildirib.
Ağ ev Rusiyanı «təcili, qərəzsiz və şəffaf təhqiqata» çağırıb. Bəyanatda Nemtsov-un ailəsinə və Rusiya xalqına başsağlığı verilib. Bildirilib ki, Rusiya xalqı özünün hüquqları uğrunda ən yaxşı mübarizlərindən birini itirdi.
ABŞ-ın dövlət katibi John Kerry deyib ki, Nemtsov öz həyatını Rusiyanın demokratikləşməsinə, çiçəklənməsinə, azad ölkə olmasına həsr etdi.
İki ölkə arasında «körpü»...
Ukrayna prezidenti Petro Poroshenko Nemtsov-u dostu və iki ölkə arasında «körpü» adlandırıb. O, «Twitter» hesabında yazıb: «Şok. Borisi öldürdülər. İnanmaq çətindir. Onun qatilinin tapılacağına şübhə etmirəm. Gec, ya tez...».