Putin Nemtsovun anasına söz verdi...
Rusiya prezidenti Vladimir Putin müxalifət lideri Boris Nemtsovun qətlini “təxribat” adlandırıb. Ölkə başçısı Nemtsovun anasına söz verib ki, qatillər tapılacaq və cəzalandırılacaq.
Amma Nemtsov özü ölümündən əvvəl müsahibələrinin birində bildirmişdi ki, Ukraynadakı konfliktdə Rusiyanın rolu ilə bağlı tənqidi fikirlərinə görə Putinin onun ölümünü istəməsindən qorxur.
Boris Nemtsovun qətli barədə iş üzrə istintaq isə qətllə bağlı versiyalar üstündə çalışdığını elan edib. Versiyalar sırasında həm siyasi təxribat, həm islamçı-ekstremistlər tərəfindən qətl, həm Ukrayna daxilindəki hadisələr, həm də kommersiya fəaliyyəti kimi cinayət versiyaları gözdən keçirilir.
Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib ki, hazırda bu versiyalar üzrə istintaq davam edir.
Ukrayna prezidenti Petro Poroshenko deyib ki, təxminən iki həftə öncə Nemtsov ona bildirib ki, Ukraynadakı separatçı münaqişədə Rusiyanın əlinin olması ilə bağlı faktları ictimailəşdirməyə hazırlaşır.
Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov fevralın 27-də gecə Moskvanın mərkəzində güllələnib.
Moskvada Nemtsovun xatirəsi üçün yürüş keçirilir...
AzadlıqRadiosu yürüşü canlı yayımlayır:
#Nemtsov-un karyerasında ən çox xəcalət çəkdiyi epizodlardan biri #Azərbaycan və #HeydərƏliyev ilə bağlı idi. http://t.co/8vyW2p0gyw
— AzadliqRadiosu (@RadioAzadliq) 1.3.2015
Rusiya Nemtsovu yad edir
Rusiyanın müxtəlif şəhərlərində qatil gülləsinin qurbanı olan Boris Nemtsovun xatirə yürüşləri keçirilib. Əsasən müxalifət tərəfdarlarının iştirak etdiyi bu aksiyaların ən böyüyü Moskvada keçirilib.