-
Azərbaycandan Həccə ziyarətin qiymətində artım var.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsi açıqlama verib. Məlumatı apa yayıb.
Martın 11-dən bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu da başlayıb.
Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, daha yaxşı şəraitli hotel və yemək təklif olunan formada ziyarətin qiyməti bu il 5 min 750 manatdır. Ötən il bu qiymət 4 min 100 manat idi.
Bu il nisbətən ucuz şəraitli hotellərdə qalmaq şərtilə təklif olunan ziyarət isə 4 min 700 manatdır.
İdarədən o da bildirilir ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu yalnız bu idarədə aparılır, başqa qurumlar tərəfindən sənəd qəbulunun aparılması məsuliyyət yaradır.
Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq, avtobusla olmayacaq.
Ötən il Həcc ziyarəti üçün ən aşağı qiymət 3 min 250 manat olub.