Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:12

Ticarət mərkəzi erməniləri "soyqırım futbolkası" satmağa qoymadı


Fransa -- Ermənilərin "soyqırım aksiyası". 28 yanvar, 2015
Fransa -- Ermənilərin "soyqırım aksiyası". 28 yanvar, 2015

-

Amerikanın bu şəhərində yaşayanların çoxu ermənidir.

Glendale-də də ermənilər soyqırım dedikləri 1915-ci il hadisələrinin 100-cü ildönümünə hazırlaşırlar.

Bizneslə məşğul olan 3 erməni gənc şəhərdəki "Americana" ticarət mərkəzində yer kirələyiblər. Məqsəd də bu olub ki, shop1915.com saytında reklam edilən futbol, beysbol köynəklərinin və başqa paltarların satışını təşkil etsinlər.

Amma Tina Juljian, Alex Kotagolian və Armin Arir işə başlayan kimi ticarət mərkəzinin rəhbərliyi "soyqırım simvolikalı" bütün pal-paltarın satışdan yığışdırılmasını tələb edib.

Tina Juljian «The California Courier» qəzetinə deyib ki, tələbə əməl edib və rəhbərliklə konfliktə getməyib.

İki həftə sonra isə ticarət mərkəzinin rəhbərliyi gənclərdən tələb edib ki, ümumiyyətlə assortimenti dəyişsinlər. Çünki satılan paltarların üzərindəki rəmzlərlə bağlı onlara müştərilərdən şikayətlər daxil olub. Əgər tələbə əməl etməsələr, 3 günə dükanı boşaldıb getməli olacaqlar.

Erməni gənclər tələbə əməl ediblər.

Baxmayaraq ki, bu, erməni mediasında böyük müzakirələrə səbəb olub.

"Americana"nın tələbinə kütləvi şəkildə etiraz etmək haqda çağırışlar səslənib.

Tina Juljian isə deyir ki, vəkili ilə məsləhətləşib.

Vəkili də ona ticarət mərkəzi ilə münaqişəyə girməməyi məsləhər görüb, çünki münaqişəyə getsə, biznesini itirə bilər. İş məhkəməyə gedib çıxsa, ticarət mərkəzinin çoxlu sayda vəkili olacaq və işi udmaq şansları daha çox olacaq.

Tina Juljian deyir ki, ticarət mərkəzi ilə müqavilədə "soyqırım təbliği" ilə bağlı heç bir qadağa yoxdur, yalnız nasizmi və pornoqrafiyanı qadağan edən müddəa var:

"Mən özümü Böyük Depressiya dövrünün şərab qadağası dönəmindəki kimi hiss etdim" - deyə o, qəzetə açıqlamasında bildirib.

Ermənilər 1915-ci ildə əcdadlarının Türkiyə İmperiyasında qətlə yetirilməsini soyqırım kimi tanıtmağa çalışırlar. Türkiyə bunu qəbul etmir.

XS
SM
MD
LG