-
Mərkəzi Bank mart ayında manatı sabit saxlamaq üçün maliyyə bazarına azı 600 milyon dollar müdaxilə edib.
Fevralın 21-də manat dollara nisbətdə 34 faiz ucuzlaşdı. İqtisadçılar deyirdilər ki, manatın taleyi martda maliyyə bazarına müdaxilənin olub-olmamasından asılı olacaq.
Mərkəzi Bank martda manatın dollara nisbətdə sabit saxlanması üçün maliyyə bazarına 600-700 milyon dollarlıq müdaxilə edib.
Bu haqda AzadlıqRadiosuna deputat Vahid Əhmədov məlumat verib. Onun fikrincə, müdaxilə hələ də varsa manatın uzuclaşması ehtimalı artır. Vahid Əhmədov 2016-ci ilin ikinci yarısına qədər manatı real bazar qiymətinə çatdırmağı təklif edir:
Mən bununla bağlı Mərkəzi Bank sədri Elman Rüstəmova da öz fikirlərimi bildirdim. Dedim ki, manat ucuzlaşmaqda davam edirsə, gərək ölkədə devalvasiya yumşaq aparılsın. Elman Rüstəmov kəskin devalvasiyanın olmayacağını bildirdi
«Mən bununla bağlı Mərkəzi Bank sədri Elman Rüstəmova da öz fikirlərimi bildirdim. Dedim ki, manat ucuzlaşmaqda davam edirsə, gərək ölkədə devalvasiya yumşaq aparılsın. Elman Rüstəmov kəskin devalvasiyanın olmayacağını bildirdi».
MANAT YOX, NEFTİN DEVALVASİYASI?
Elman Rüstəmov milli valyutanın neftdən asılı olduğunu bildirib. Əlavə edib ki, fevraldakı ucuzlaşma manatın yox, neftin devalvasiyasıdır.
Dünya bazarında ötən ilin avqustdan neftin qiyməti ucuzlaşmağa başlayıb. Bununla da dollar digər valyutalara nisbətdə bahalanıb. Azərbaycan 8 ay manatı dollara nisbətdə sabit saxlaya bilmişdi. Amma fevralda manat bir gündə 34 faiz ucuzlaşdı.
Azərbaycanın mərkəzi bankı dekabr, yanvar və fevral aylarında manatı dollara nisbətdə sabit saxlamaq üçün valyuta bazarına ümumilikdə 4 milyard dollar müdaxilə etmişdi. Bu Mərkəzi Bankın ümumi ehtiyatlarının təxminən 20%-i deməkdir. Beləki, 2014-cü ilin fevralında Mərkəzi Bankın 14 milyard 445 milyonluq ehtiyatı, 2015-ci ilin fevralında 11 milyarda qədər azalıb.
Fevralın 21-də Mərkəzin Bankın qərarı ilə manat dollara nisbətdə 34 faiz ucuzlaşdı. Əvvəllər 1 dollar 0,78 AZN idisə, indi 1 dollar 1,005 AZN-dir.