Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:01

Lukashenka tüfeylilərlə bağlı qanun imzalayıb


Prezident Alyaksandr Lukashenka
Prezident Alyaksandr Lukashenka

-


Belarus prezidenti Aleksandr Lukashenka aprelin 2-də tüfeylilərlə bağlı qanun imzalayıb. Bu qanun bu il yanvarın 1-dən işləməyənlərə şamil olunacaq. Bu haqda radionun Belarus xidməti xəbər verir.

Prezidentin mətbuat xidməti bildirir ki, məqsəd əməkqabiliyyətli insanların işləməsini stimullaşdırmaqdır. Daha bir məqsəd Belarusda yaşayanların dövlət xərclərinin maliyyələşdirilməsində iştiraka dair konstitusiya vəzifələrinin yerinə yetirilməsini təmin etməkdir.

Qanuna görə, ən azı 183 təqvim günü işləməyən vətəndaşlar, əcnəbi vətəndaşlar, daim Belarusda yaşayanlar və vətəndaşlığı olmayanlar böyük məbləğdə cərimə ödəməlidirlər.

Cərimə ödəməkdən azad olunanlar da var: 7 yaşınadək uşağı olan valideynlər, 18 yaşdan aşağı əlil uşağı olanlar, 3 və daha çox yetkinlik yaşına çatmayan övlad sahibləri, əlillər, 18 yaşı tamam olmayanlar, 55 yaşlı qadınlar və yaşı 60-dan yuxarı kişilər.

Tüfeylilərin cəzalandırılması üçün cərimələr kimi həbslər, ictimai-faydalı işlər də nəzərdə tutulur.

İqtisadçı Leonid Zlotnikov bu qanunu belə şərh edib: “Dövlət insana diktə etmək hüququnu önə çəkib, necə yaşamalı, nə etməli. Bu sosialistlərin və kommunistlərin rəsmini çəkdikləri dəhşətli utopiyaları xatırladır. Konstitusiya prezidentə istənilən qərarı qəbul etmək hüququ yaradır. Sabah o belə bir sərəncam da verə bilər, beloruslar iplərini və sabunlarını götürüb filan yerə gəlsinlər”.

İqtisadçı Viktor Tereşenkonun sözlərinə görə, bu yolla iqtisadiyyatı qaldırmaq mümkün olmayacaq: “Bu büdcəni doldurmaq imkanı vermir. Amma bu büdcəni yüklənməsinə səbəb olcaq, vətəndaşlar işədüzəlmə bürolarına müraciət etməklə iş olmamasını fiksə etdirəcəklər”.​

XS
SM
MD
LG