-
Bakıda sərgisi açılan rəssam Emil Əziz Türkiyədə yaşayır. 1984-cü ildə Bakıda doğulub. Uşaqkən ailəsi Türkiyəyə köçüb - atası, tanınmış rəssam Rafiq Əzizin işi ilə bağlı.
Emil məşhur Azərbaycan rəssamı Sakit Məmmədovun tələbəsi olub.
Onun “Yuxularım” adlı sərgisi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutub.
Sərgidə rəssamın qadın, zaman və dəb mövzusunda əsərləri ilə yanaşı peyzajları, eləcə də Bakının əks olunduğu kompozisiyaları yer alır. “Muzey Mərkəzi” Qalareyasında keçirilən sərgi aprelin 5-cən davam edəcək.