Arktikanın aerodromlarında port və nəqliyyat yollarının mühafizəsi məqsədilə MiG-31 qırıcı-təyyarələri yerləşdiriləcək.
Bu barədə məlumatı Rusiya Hava və Kosmos Hücumundan Müdafiə Qüvvələri komandanının havadan müdafiə üzrə müavini general-mayor Kiril Makarov verib.
O Rusiya radiolarından birinə müsahibəsində deyib ki, qırıcıların əsas vəzifəsi ölkənin hava məkanının mümkün pozulması hallarının qarşısının alınması olacaq.
General Makarov bildirib ki, hərbi münaqişələr zamanı MiG-31 təyyarələri Şimal dənizi ilə hərəkət edən Rusiya gəmilərini mühafizə edəcək.
O əlavə edib ki, bununla yanaşı, bütün Arktika boyunca heyətsiz işləyə bilən radiolokator şəbəkəsi qurulacaq.