Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanına rəsmi səfəri başa vurduqdan sonra aprelin 6-da xanımı ilə birlikdə Ər-Riyaddan Ciddə şəhərinə gedib.
Turanın Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinə istinadla verdiyi məlumata görə, İlham Əliyev Ümrə-kiçik həcc ziyarəti edəcək.
Ümrə yalnız Kəbəni ziyarətdən ibarətdir və Həcc zamanı keçirilən çoxsaylı tədbirlərə daxil deyil.