Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:39

Səudiyyə şirkətləri Azərbaycana gələ bilər


Foto arxiv
Foto arxiv

Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan prezident İlham Əliyev aprelin 5-də Ər-Riyadda ölkənin maliyyə naziri İbrahim Əl Assafla görüşüb.

Rəsmi məlumata görə, görüşdə iqtisadi, infrastruktur və digər sahələrdə müxtəlif layihələr üçün yaxşı imkanlar olduğu bildirilib.

Sosial, kənd təsərrüfatı və digər sahələrdə müxtəlif layihələr müzakirə olunub.

Elə həmin gün Əliyev Səudiyyə Ərəistanının neft və mineral resurslar naziri Əli Əl Nuaymla görüşüb. Dünya bazarında neftin qiyməti ətrafında fikir mübadiləsi aparılıb.

Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda həm müqaviləçi, həm də investor kimi fəaliyyəti üçün yaxşı imkanlar olduğu qeyd edilib.

Xüsusən də Səudiyyə tərəfinə Cənub Qaz Dəhlizi layihəsi barədə məlumat verilib.

XS
SM
MD
LG