Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:39

Hesablama Palatası ADNA-da ciddi maliyyə pozuntuları aşkarladığını bildirir


-

Azərbaycan Dövlət Neft Akademiyasında ciddi maliyyə nöqsanları aşkarlanıb. Bu səbəbdən iki prorektor, bir neçə dekan və şöbə müdiri daxil olmaqla 13 nəfər cəzalandırılıb.

APA-nın aprelin 6-da yayılan məlumatına görə, Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair hesabatında belə deyilir.

Hesabatatda bildirilir ki, ödənişli əsaslarla təhsil alan əcnəbi tələbələrdən təhsil haqqı nağd qaydada yığılaraq banka təhvil verilib.

Bildirilir ki, müqavilə şərtlərinə əməl olunmayıb, akademiyadan xaric edilən birinci kurs təhsil haqqının alınması təmin edilməyib. Bəyanatda daha sonra qeyd olunur ki, kafedralar üzrə artıq laborant ştatı saxlanılıb, doktorantura şöbəsi, artıq kafedralar yaradılıb. Məlumata görə, tələbə şəhərciyindəki yataqxanalarda qaçqın və məcburi köçkünlər məskunlaşsa da burada işçilər saxlanılıb.

Bəyanatda deyilir ki, ehtiyac olmadığı halda əcnəbi tələbələrlə iş üzrə dekanlıq yaradılıb, tədris korpusları üzrə artıq ştat vahidləri saxlanılıb. Bundan əlavə artıq qruplar yaradılaraq müəllimlərə əmək haqqı, habelə akademik borcu olan tələbələrə təqaüd ödənilib.

Bundan əlavə büdcədənkənar vəsaitlər üzrə ştatdankənar işçilərin əməkhaqqı və əməyin ödənişi ilə bağlı kreditor borc hesablamalarda ilin sonuna az göstərilib və s.

Hesabatda bildirilir ki, Neft Akademiyası tərəfindən 32304,9 manat vəsaitin dövlət büdcəsinə geri qaytarılması təmin edilib:

"Nöqsanlara görə 13 nəfər barəsində müvafiq intizam tənbehi tədbirlərinin görülüb. 1 dekanın vəzifəsindən azad edilib, baş mühasibə və 1 dekana, anbar müdirinə və 2 aparıcı mühasibə şiddətli töhmət, təsərrüfat işləri üzrə prorektorlara, 3 dekana və şöbə rəisinə töhmət elan edilib."

Hesabat aprelin 14-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Hələlik, bu xəbərdə ittiham olunan Neft Akademiyasının təmsilçilərinin məsələ ilə bağlı hər hansı reaksiyası səslənməyib.

XS
SM
MD
LG