-
Biləsuvar gömrük məntəqəsi yeni qaydaya keçib. Bu qaydaya görə, Azərbaycan vətəndaşları İrana hər 15 gündən bir buraxılırlar. Əvvəllər hər bir Azərbaycan vətəndaşına İrana həftədə bir dəfə getməyə icazə verirdilər.
Astara keçid məntəqəsi də yeni qayda ilə işləməyə hazırlaşır. Burda da Azərbaycan vətəndaşları İrana ayda iki dəfədən artıq buraxılmayacaqlar.
Ancaq hər iki gömrük məntəqəsində bunun səbəbləri ilə bağlı hər-hansı izahat vermirlər.
İran 2009-cu ildə Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib. Azərbaycanlılar keçid məntəqələrində viza olmadan xarici pasportu təqdim etməklə İrana keçə bilirlər. Lakin iranlılar Azərbaycana gələrkən viza almalı olurlar.