-
"İyirmi yaşlı gəncdən nə məşhurluq gözləyirsiniz? Təqaüd ona görə verilir ki, bir gəncdə olan ədəbi istedadın cücərtiləri itməsin"
Azərbaycan Yazıçılar Birliyinin (AYB) gənclər üzrə katibi Rəşad Məcid prezident təqaüdçülərinin seçimi ilə bağlı tənqidlərə cavab verir.
- Rəşad bəy, bu günlərdə AYB-də gənc yazarlara təqaüdlər verildi. Maraqlıdır təqaüd verilərkən hansı prinsiplər əsas götürülür, yazarın maddi imkansızlığı, istedad, yoxsa cəmiyyət tərəfindən tanınmışlığı?
- AYB-də belə bir prinsip var ki, bir il təqaüd alan adama ikinci il təqaüd verilmir. Bundan başqa elə bir məhdudiyyət yoxdur. AYB nəzdində fəaliyyət göstərən Gənc Ədiblər Məktəbinə qoşulmuş şəxslər arasından AYB-yə üzvlər seçirik, seçilmiş gənclər arasından əksəriyyət təqaüd ala bilir.
- Gənc yazar Taleh Eminoğlu OxuZalındakı yazısında deyir ki, təqaüd alanların əksəriyyətinin imzaları cəmiyyət tərəfindən tanınmır, elə bir ədəbi uğurları yoxdur. Sizcə, təqaüd verərkən yazarın özünü təsdiqlə bağlı cəhdlərini nəzərə almaq lazımdırmı?
- İyirmi yaşlı gəncdən nə məşhurluq gözləyirsiniz? Təqaüd ona görə verilir ki, bir gəncdə olan ədəbi istedadın cücərtiləri itməsin, özünü ifadə etmək imkanları yaransın. Təsadüfi deyil ki, təqaüd alanların bir çoxları bu təqaüdü mütaliə üçün kitab almağa, ya da kitablarını çap etdirməyə sərf edirlər.
- Rüfət Əhmədzadə bu günlərdə mətbuatda getmiş yazısında iddia edir ki, təqaüd alanların AYB-yə loyallığı əsas götürülür. Bu haqda nə düşünürsünüz?
Səmimi danışsaq, biz özümüz də bilirik ki, o iyirmi nəfər təqaüd alan gənclərdən beşi-onu ömrünü gələcəkdə ədəbiyyata həsr edəcək, bəlkə çoxu başqa peşələrin arxasınca gedəcəklər, ədəbiyyat elə sahədir ki, burda uzun illər, ağır zəhmət hesabına duruş gətirmək olur.
- Axı, bu təqaüd AYB üzvü olanlara verilir, kənarda AYB üzvlü olmayan bir gənc yazar varsa ona necə təqaüd verək? Əgər o adam AYB-yə üzv olmaq üçün müraciət etsə, ona da verərik.
Bu il AYB-yə üzv olan tanınan imzalardan Şəhriyar Del Gerani, Könül Həsənqulu, Aytən Cavanşir və digər gənclər də bu ilki təqaüdə adları düşənlər sırasındadır.
Demək olar ki, təqaüddən kənarda qalan gənc yoxdur. Səmimi danışsaq, biz özümüz də bilirik ki, o iyirmi nəfər təqaüd alan gənclərdən beşi-onu ömrünü gələcəkdə ədəbiyyata həsr edəcək, bəlkə çoxu başqa peşələrin arxasınca gedəcəklər, ədəbiyyat elə sahədir ki, burda uzun illər, ağır zəhmət hesabına duruş gətirmək olur.
- İndiyə kimi təqaüd verilənlər arasında özünü doğruldanlar neçə faiz olub, bu, gənclərin yaradıcılığına necə təsir edir?
- Özünü doğrultmaq nəyə deyirsiz, gedib Nobel Mükafatı alası deyillər ki. İndi Azərbaycanda üzdə olan gənclərin doxsan faizi təqaüd alıblar. Ən son dəfə 20 yaşlı Ramil Əhməd AYB-dən təqaüd almış, sonra da Gənclər və İdman Nazirliyinin mükafatına layiq görülmüşdü, sonra kitabı çıxdı, AYB-də təqdim edildi.