Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 20:07

AzadlıqLive - Azərbaycan sammiti gərginlikdə saxladı

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə

15:34 20.5.2015

Arda Turan Azərbaycana başsağlığı verir

İspaniyanın “Atletiko” (Madrid) klubunun türkiyəli futbolçusu Arda Turan Bakıda baş verən yanğınla əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

APA-nın xəbərinə görə, Arda Turan bu barədə özünün “Twitter” səhifəsində türkcə və ingiliscə mesaj yazıb: “Başın sağ olsun, Azərbaycan. Başımız sağ olsun... Azerbaijan. Big tragedy. My deepest condolences to all. #Bakufire

15:21 20.5.2015

Hacıbala Abutalıbov: "Bakıda 140 belə bina var"

“Azərbaycan prezident İlham Əliyev Bakıda binalara vurulan üzlüklərin keyfiyyətinin yoxlanılması üçün 2 gün vaxt verib və bu müddətdə ekspertiza aparılacaq”.

APA-nın məlumatına görə, H. Abutalıbov bildirib ki, Bakı şəhərinin bütün rayonlarında cəmi 140 binada bu materialdan üzlük var. Həmin binalar Bakının Binəqədi, Xəzər, Xətai, Qaradağ, Nərimanov, Nəsimi, Sabunçu, Suraxanı, Yasamal, Səbail rayonlarında yerləşir.

14:51 20.5.2015

İlham Əliyev Riqa sammitinə getmir

Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edən Latviya mayın 21-22-də Riqada «Şərq tərəfdaşlığı» (ŞT) Proqramının üzvü olan ölkələrin sammitini keçirəcək.

Sammitdə Aİ-nin 28 ölkəsinin və «Şərq Tərəfdaşlığı»na daxil olan 6 dövlətinin təmsilçiləri rəhbərliyi iştirak edəcəklər.

Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» layihəsi 2009-cu ildə Praqada Ukrayna, Moldova, Azərbaycan, Ermənistan, Gürcüstan, Belarusa təqdim olunub. Layihə Avropa İttifaqının bu altı keçmiş SSRİ ölkəsi ilə inteqrasiyasının inkişafını nəzərdə tutur.

Azərbaycan Aİ-yə inteqrasiyada ən az iş görən ölkələr sırasındadır.

Azərbaycan prezidenti İlham Əliyev Riqa sammitinə getməyəcıək. Bunu onun köməkçisi Əli Həsənov deyib.

14:45 20.5.2015

İlham Əliyev ekspertizanın keçirilməsinə, təhlükə olduğu halda üzlüklərin dərhal sökülməsinə göstəriş verib

Binəqədidə baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan prezidentinin rəhbərliyi ilə ilk iclası keçirilib. APA-nın məlumatına görə, Dövlət başçısı hadisə zamanı həlak olanların ailələrinə bir daha başsağlığı verib. Hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra prezident yanğının nəticələrinin aradan qaldırılması üçün dövlət səviyyəsində görülən tədbirlərdən danışıb. Dövlət başçısı hadisənin baş verməsində təqsirli bilinən şəxslər barədə cinayət işinin qaldırıldığını və onların ciddi şəkildə cəzalandırılacağını deyib. Prezident bildirib ki, yanğının baş verməsinin ilkin versiyası binanın keyfiyyətsiz və oda davamsız materiallarla üzlənməsidir. Hazırda paytaxtda oxşar materiallarla üzlənmiş binaların kifayət qədər çox olduğunu diqqətə çatdıran dövlət başçısı Bakı Şəhər İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə oxşar materiallarla üzlənmiş binalarda ekspertizanın keçirilməsi, materialların tərkibinin öyrənilməsi, təhlükə olduğu halda həmin binaların üzlüklərinin dərhal sökülməsi barədə konkret göstərişlərini verib.

Davamı

XS
SM
MD
LG