Bakıda 16 mərtəbəli binada yanğındır
Bakıda binada yanğın baş verməsi nəticəsində 4 nəfər ölüb.Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Bir azyaşlı uşaq tüstüdən boğularaq ölüb. Ölənlərin kimliyi dəqiqləşdirilir. Hadisə nəticəsində xəsarət alanların sayı isə 15-i ötüb.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Ofşordakı pullar, oğurlanan kapitala amnistiya?
Media məlumatlarına görə, Azərbaycanda offşor zonalardan kapitalın geri qaytarılmasını nizamlayan (deoffşorizasiya) qanun layihəsi hazırlanır. Məlumatda deyilir ki, artıq maliyyə offşorlarında yerləşdirilmiş kapitala amnistiya verilməsinin hüquqi əsasları işlənib hazırlanır
Zakir Qaralov: "Yanğına ilkin səbəb üzlük örtüyünün keyfiyyətsizliyidir"
“Yanğına ilkin səbəb binanın üzlük örtüyünün lazımı keyfiyyətdə olmamasıdır. İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hərəkətə lazımi qiymət veriləcək”.
Bunu jurnalistlərə hadisə yerində olan baş prokuror Zakir Qaralov deyib. Zakr Qaralov hadisə zamanı 4 nəfərin öldüyünü bildirib.
Yanğınla bağlı Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə istintaq qrupu yaradıb.