Yanğında ölənlərin sayı 15-ə çatıb
Bakıda 16 mərtəbəli binada yanğında ölənlər 15 nəfərdir. Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 63 nəfər xəsarət alıb. 7 nəfərə isə yerində yardım edilib.
Obama Twitterdə hesab açıb
ABŞ prezidenti Barack Obama Twitterdə öz hesabını açıb və burda onun şəxsən, köməkçiləri olmadan bloq yazacağı gözlənilir.
Obama birinci bloqunda yazır: “ Xoş gördük, Twitter! Bu, Barackdır. Həqiqətən! 6 ildən sonra onlar, nəhayət ki, mənə şəxsi hesab verdilər!”
Birinci tvitdən sonra 8 saat ərzində @POTUS ( Bu, abreviaturadır- President Of The United States – Birləşmiş Ştataların prezidenti sözlərinin baş hərflərindən yaranıb) mikrobloquna milyondan çox adam yazılıb.
Ağ Evdən təsdiqləyiblər ki, bu, doğrudan da Obamanın şəxsi hesabıdır.
Birinci ledi Michel Obamanın hesabı isə çoxdan var. Onun mikroblogu @FLOTUS-dur.
15 nəfər ölüb, xəstəxanaya 26 adam yerləşdirilib
15 nəfər ölüb, 26 nəfər isə yanıq xəsarəti və tüstüdən zəhərlənmə ilə müxtəlif tibb müəssisələrinə yerləşdirilib. Binanın 27 sakini təxliyə olunub, 37 nəfər xilas edilib. Baş Prokurorluğun, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin Bakıda yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı birgə məlumatında belə deyilir. Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın 3 saat davam edib. AzadlıqLive-da
Fasadın fəsadı
Binəqədi rayonunda baş verən və 15 nəfərin ölümünə, onlarla adamın xəsarət almasına səbəb olan yanğından sonra bir sıra sakinlər öz binalarının fasadına çəkilmiş plastik üzlükləri qoparmağa başlayıblar. Belə məlumatlardan biri 8-ci km qəsəbəsindən gəlib.
Bu gün yanğının səbəbindən danışan baş prokuror Zakir Qaralov dedi ki, yanğına ilkin səbəb keyfiyyətsiz üzlüklərdir.
Aprelin 10-da Bakıda Zığ şossesində də binada yanğın məhz binaya çəkilən üzlüklərdən oldu.