Zamin Hacı BŞBPİ-dən çıxdı - çağırılma səbəbi Facebook statusu imiş
AzadliqLive 19 May - Binanın fasadı niyə yandı? Yanğına görə kim məsuliyyət daşıyır?
Bakıdakı faciə ilə əlaqədar İctimai Televiziya bu günki Eurovision-u yayımlamayacaq
Azərbaycanın İctimai Televiziyası Bakının Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən yanğınla əlaqədar öz proqramına ciddi dəyişiklik edib.
Bu gecə Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək "Eurovision" mahnı yarışmasının 1-ci yarımfinalını İctimai Televiziya yayımlamamaq barədə qərar verib.
Əhməd Ələsgərov vəfat etdi
Neftçi futbol klubuna keçmiş SSRİ birinciliklərində ilk və son bürünc medalı qazandıran Əhməd Ələsgərov 79 yaşında uzun sürən xəstəlikdən vəfat edib.
Əhməd Lətif oğlu Ələsgərov 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. O, 1955-65-ci illər aralığında futbolçu kimi "Neftyanik"in (indiki "Neftçi") şərəfini qoruyub. Bakı klubunun heyətində 100-dən artıq oyun keçirən Ələsgərov 30 yaşında karyerasını bitirib və məşqçi kimi Neftçidə fəaliyyətə başlayıb. Ələsgərov "Neftçi"yə SSRİ çempionatında ilk və hələ ki, yeganə medalını qazandırıb. Həmin ili bakılılara bürünc medal qazandıran mütəxəssis daha 4 il kluba məşqçilik edib. Ələsgərov daha sonra Tacikistanın "Pamir" (Düşənbə, 1972), Ukraynanın "Çernomorets" (Odessa, 1973-1977), Naxçıvanın "Araz" (1979), Moldovanın "Nistru" (Kişinyov, 1988-1989) və "Şerif" (Tiraspol, 1997-1998) komandalarını çalışdırıb. Mütəxəssis "Neftçi"dən sonra "Çernomorets"lə də SSRİ çempionatının bürünc medallarını qazanıb (1974).
Müstəqillik illərində Ələsgərov həmçinin millinin ilk baş məşqçisi kimi də tarixə düşüb. Azərbaycandakı son iş yeri "Bakı" olub. 2005/06 mövsümündə klubda müşavir və vitse-prezident vəzifəsində çalışan Ələsgərov bundan sonra daimi yaşadığı Ukraynanın Odessa şəhərinə geri dönmüşdü.
Əhməd Ələsgərov müxtəlif illərdə Azərbaycan, Tacikistan və Ukraynanın əməkdar məşqçisi adına layiq görülüb.
Onun Ukraynanın Odessa şəhərində dəfn ediləcəyi bildirilir.