DİN Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi, təqsirləndirilən Zakir Nəsirov isə bildirib ki, cəzası varsa, çəkməyə hazırdır, ancaq məhkəmədən üstünə artıq yük qoyulmamasını istəyir.
Azərbaycan Beynəlxalq Bankının direktoru Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın oğurlanması epizoduyla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinin rəisi Aydın Rzayev də şahid kimi dindirilib. O, Zamirə Hacıyeva oğurlanan günün səhəri - 2005-ci il fevralın 11-də Daxili İşlər Nazirliyində iclas keçirildiyini, həmin iclasda nazir Ramil Usubovun, onun müavini Vilayət Eyvazovun, Zakir Nəsirovun, BŞBPİ-nin rəisi Məhərrəm Əliyevin və müavini Cavadağa Sultanovun iştirak etdiyini deyib: «Həmin iclasdan sonra Zakir Nəsirov mənə zəng edib, Zamirə Hacıyevanı oğurlayan dəstənin Cahangir Hacıyevə göndərdiyi məktubla maraqlandı və dedi ki, mümkün olsa, həmin sənədin surətini mənə ver».
Proses noyabrın 10-da davam edəcək.