Polis: Mitinqdə 400 nəfər olub
Milli Şuranın Bakıdakı «Məhsul» stadionunda keçirdiyi mitinqdə 400 nəfər iştirak edib.
Bu haqda Bakı şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda deyilir.
Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
Polis mitinqdən sonra saxlanan iki nəfər haqqında məlumat vermir.
Milli Şuranın 30 may mitinqindən görüntülər
«Mitinqdə bir özləri idi, bir də qohum-əqrəbaları...»
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın 30 may mitinqə münasibət bildirib. Ətraflı burada