-
İyunun 6-7-də Bakının bəzi mərkəzi prospekt və küçələrində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağınadək olan hissəsi iyunun 6-da günorta saat 16:00-dan növbəti gün, iyunun 7-də gecə saat 2:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.
Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi iyunun 6-da axşam saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.
Hərəkətin məhdudlaşdırılması 12 iyunda başlayacaq Bakı-2015 Avropa Oyunlarından öncə həmin gün Olimpiya Stadionunda keçiriləcək sınaq tədbiri ilə bağlıdır.