Bu günlərdə yolu «20 Yanvar» metrostansiyası yaxınlığından düşənlər «görəsən, düzmü gəlmişəm» deyə bir anlıq ayaq saxlayır.
Sıxlıqdan dəqiqəbaşı tıxac yaradan maşınların qulaq batıran siqnalları, hər addım başı dayanan taksilər və onların yolkəsən sürücüləri, aşıb-daşan zibil qabları – bütün bunları indi bu ətrafda görmək qeyri-mümkündür. İndi burada sankı milçək uçsa, səsini eşidə bilərsən. Ətrafda yolu tənzimləyən Yol Polisi əməkdaşları, metro çıxışlarından xeyli aralı duran taksilər – bir sözlə, hər şey olmalı olduğu kimidir.