Avropa Oyunları günlərində Bakıda könüllülər ürəyi istəyənləri Baku 2015-in simvolları ilə bəzəyir, peşəkar musiqiçilər və rəqqaslar isə şəhər sakinlərini və qonaqları əyləndirir
R.Çunayev Azərbaycana 3-cü «qızıl»ı gətirdi
I Avropa Oyunlarında Azərbaycan idmançıları daha 2 medal qazanıblar.
80 kiloqramda Azərbaycan güləşçisi Rafiq Hüseynov Rusiya təmsilçisi Evgeny Saleev-ə final qarşılaşmasında 3-0 hesabı ilə məğlub olaraq gümüş mükafatla kifayətlənməli oldu.
Bir qədər əvvəl isə 71 kiloqramda yenə final qarşılaşmasında Azərbaycan güləşçisi Rəsul Çunayev macarıstanlı idmançı Balint Korpasi-ni məğlub edərək qızıl medal qazanmışdı.
Bununla da Avropa oyunlarında Azərbaycan idmançılarının medal sayı 7-yə çatdı. Bunlardan 3-ü qızıl,1-i gümüş,3-ü isə bürünc medallardır.
Karateçilərdən ikinci qızıl
I Avropa Oyunlarında Rafael Ağayev Azərbaycana 2-ci qızıl medalı qazandırıb.
O, karate yarışında 75 kiloqram çəki dərəcəsində İtaliya idmançısı Busa Luigi-yə qalib gəldi.
Bununla da Azərbaycan idmançılarının medalları ümumilikdə 5 çatdı. Onlardan 2-si qızıl, 3-ü isə bürünc medallardır.
Azərbaycan idmançıları 4 medalı karate, 1 medalı isə güləş idman növündə qazanıb.
Sürücünü tutdular
İyunun 11-də Olimpiya kəndində 3 avstriyalı idmançını vuran avtobusun sürücüsü Vəli Əhmədov barəsində həbs-qətimkan tədbiri seçilib.
Həmçinin yüksək ixtisaslı sürücülərin işə götürülməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyən «Bakubus» MMC-nin vəzifəli şəxslərinin hüquqi məsuliyyət məsələsinə də baxılır.