İlk qızıl
I Avropa Oyunlarında Azərbaycan idmançıları ilk qızıl medal qazanıblar.
Karate yarışlarında 60 kiloqram çəkidə final oyununda Azərbaycan idmançısı Firdovsi Fərzəliyev İtaliya karateçisi Luca Maresca-nı məğlub edərək qızıl medal qazanıb.
3-cü medal
Avropa Oyunlarında Azərbaycan idmançıları 3-cü medalı qazanıblar.
Karate yarışında 67 kiloqram çəkidə Niyazi Əliyev almaniyalı Ricardo Giegler-i 3-1 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.
Sürücünü tutdular
İyunun 11-də Olimpiya kəndində 3 avstriyalı idmançını vuran avtobusun sürücüsü Vəli Əhmədov barəsində həbs-qətimkan tədbiri seçilib.
Həmçinin yüksək ixtisaslı sürücülərin işə götürülməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyən «Bakubus» MMC-nin vəzifəli şəxslərinin hüquqi məsuliyyət məsələsinə də baxılır.
Karateçilərdən ikinci qızıl
I Avropa Oyunlarında Rafael Ağayev Azərbaycana 2-ci qızıl medalı qazandırıb.
O, karate yarışında 75 kiloqram çəki dərəcəsində İtaliya idmançısı Busa Luigi-yə qalib gəldi.
Bununla da Azərbaycan idmançılarının medalları ümumilikdə 5 çatdı. Onlardan 2-si qızıl, 3-ü isə bürünc medallardır.
Azərbaycan idmançıları 4 medalı karate, 1 medalı isə güləş idman növündə qazanıb.