-
Nazir Azad Rəhimov avstriyalı idmançı Vanessa Sahinoviçin ölməsi ilə bağlı xəbərləri yalanlayıb.
Vanessa Sahinoviç iyunun 11-də Avropa Oyunlarının Atletlər Kəndində qəza nəticəsində yaralanıb və ölkəsinə aparılıb.
Gənclər və İdman naziri Azad Rəhimov APA-ya açıqlamasında bildirib ki, avstriyalı idmançının səhhəti ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasını pisləyib:
“Təəssüf ki, bir sıra KIV-lər ayrı-ayrı daxili və xarici dairələrin maraqlarına uyğun olaraq I Avropa Oyunları kimi mühüm beynəlxalq idman tədbirinin əhəmiyyətini azaltmaq və bu məqsədlə yalan, dezinformasiya xarakterli məlumatlar yaymaq yolunu tutublar. Buna görə də heç bir araşdırma aparmadan avstriyalı idmançının ölüm xəbərini yayan media orqanlarının milli ruhdan, vətənpərvərlik hisslərindən məhrum olduğunu deməyə tam əsas vardır. Belə dezinformasiyalar l Avropa Oyunlarının keçirilməsi ilə bağlı iki il yarım ərzində reallaşdırılan böyük işlərə ləkə yaxmaq cəhdindən, bunda zəhməti olan insanlara hörmətsizlikdən başqa bir şey deyildir”.