Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:07

Banklardan müştərilərə daha bir zərbə


Foto illüstrasiya
Foto illüstrasiya

-

Cəlilabad rayonu Göytəpə şəhəri sakini Əli Mehdiyevin oğlu Ülvi Mehdiyev uşaqlıqdan mürəkkəb astiqmatizm xəstəliyindən əziyyət çəkir. Ancaq onu əsgər aparmaq istəyirlər.

Bu haqda «Bizim Yol» qəzeti yazır.

Əli Mehdiyev qəzetə deyib ki, həkim oğlunun orduya yararsız olduğunu desə də, sonradan onu yararlı olduğu qənaətinə gəliblər.

«Çağırış üçün yararlı idisə, 7-8 aydır girinc eləmisiniz bu uşağı. Nəyə görə əsgər aparmırdınız? Mən bir neçə yerdən maraqlandım. Dedilər ki, astiqmatizm xəstəliyi olanları əsgər aparmırlar. Həkimdən də niyə belə elədiklərini soruşdum, dedi yəqin nəyəsə görə uzadırlar məsələni. Ancaq bu gözlə hərbiyə getmək mümkün deyil».

BANKLARIN XAOS SSENARİSİ

«Azadlıq» qəzeti yazır ki, manatın devalvasiyasından sonra bir çox müştərilərilərdən kredit borclarını manatdan dollara çevirmək tələb olunur. Etiraz edənlər isə «Bandotdel»lə hədələnirlər.

«Manat devalvasiyasının əsas zərərçəkəni olan müştərilər vəziyyətdən çıxış yolu axtararkən, banklardan daha bir zərbə gördülər. Belə ki, statistik məlumata görə, son dövrlərdə pullarını manatdan dollara çevirənlər qədər kreditlərini də dollarla ödəmək istəyənlər artıb. Birinci anlaşılan olsa da, ikinci şübhəlidir. Madam ki, manatın dolları keçə biləcəyini düşünmürlər, o zaman niyə borc manatdan dollara keçsin? Bu barədə apardığımız araşdırma zamanı bəlli oldu ki, ölkənin bir çox bankı öz müştərilərinə ciddi şəkildə sıxıntı yaşadır. Banklar müştərilərilərdən kredit borclarını manatdan dollara çevirməyi tələb edir».

AZƏRBAYCAN VƏ QƏRB

«Azərbaycan» qəzeti yazır ki, Qərb öz siyasətində bəyan etdiyi prinsipləri pozur:

«Qərb ölkələri dünyanın çox yerində - Yaxın Şərq, Cənubi Amerika və Afrikada dərin siyasi böhranlarla üzləşir. Avrasiya məkanında isə uzun illər həm Qərbə, həm də Azərbaycana geosiyasi və iqtisadi dividentlər gətirən enerji və nəqliyyat dəhlizləri ölkəmizin məsuliyyətli və bərabər dəyərə malik tərəfdaş olduğuna bariz nümunədir. Beynəlxalq və regional təhlükəsizlik sahəsində isə Azərbaycanın rolu məlumdur və inkaredilməzdir. Bununla belə, Qərbin hökumət, media və təəssüf ki, siyasətdən uzaq durmalı olan incəsənət dairələrinin bəzi nümayəndələri Azərbaycana qarşı bütün sahələrdə əsassız iddialara, hətta alçaldıcı kampaniyaya rəvac verirlər».

XS
SM
MD
LG