-
Bakı Dövlət Universitetində (BDU) könüllülər üçün başlayan sessiya imtahanlarında dəyişiklik edilib.
Bunu BDU-nun rektoru Abel Məhərrəmov iyunun 30-da Avropa Oyunlarında könüllü olmuş universitetin 3 min tələbəsi ilə görüşündə bildirib.
Rektor deyib ki, universitetdə imtahanlar bir qayda olaraq yazılı keçirilir. Ancaq könüllülər üçün qaydalarda dəyişiklik edilib - imtahanlar şifahi olacaq.
Xəbəri BDU-nun informasiya şöbəsi yayıb.
Abel Məhərrəmov oyunların yüksək səviyyədə keçirilməsinə görə könüllülərə təşəkkür edib.
Rektor təhsil naziri Mikayıl Cabbarovun tələbə könüllülərə ünvanlanmış minnətdarlıq müraciətini də onların diqqətinə çatdırıb.