-
Azərbaycan dilinin orfoqrafiya lüğətinə yeni sözlərin daxil ediləcəyi gözlənilir.
Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədov Trend-ə belə deyib.
Dilçi-alim bildirib ki, onun özü tərəfindən indiyədək 1000-dən artıq yeni söz toplanıb:
«Əsasən, başqa dillərdən alınan bu sözlərin İnstitutun Elmi Şurasında müzakirə edildikdən sonra yeni lüğətə daxil edilərək çap edilməsi nəzərdə tutulur».
İ.Məmmədov yeni sözlərin bəzilərini də açıqlayıb:
geriçağırılma, akkreditiv, gərdək qurma, audensiya, konfidant, kompromat, impiçment, viaqra, siyasi radar, siyasi landşaft, kortej, dinləmə, inauqurasiya, federis, kambio, kambist, kamerger, təxmis, müsəbbi, şürud, təəssüfnamə, təkbeyt, fəməl-yəməl, izoqlos, xoyratlar, kurfırst, sorfinq, sorfinqçi, notifikasiya, nostrifikasiya, kvazidelikt, kvazizufurukt, rezervit, rezervist, kannibal, kannibalizm, raskol, raskolçu, ratusia, reversiya, revukasiya, reqressat, psixotrop, psixoaktiv, penologiya, mini-poema, südücə, çağrı mərkəzi.
Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə nəşr edilib. Bu lüğətə 110 min 563 söz daxil edilib.