-
İyunun 30-da hüquq təhsili alan bir qrup amerikalı tələbə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova məktub yazaraq həbsdəki hüquq müdafiəçisi İntiqam Əliyevin həbsini pisləyiblər.
Xəbəri Turan yayıb.
Tələbələr Azərbaycan hakimiyyətini Əliyevi azad etməyə, onun hüquq müdafiə fəaliyyətini, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlər göndərməyi davam etdirməsinə icazə erməyə çağırıblar.
Məktubu Nyu-York Hüquq Məktəbinin tələbələri imzalayıblar. ABŞ-ın müxtəlif ali məktəblərindən 50-dən çox şəxs onlara qoşulub.
Tələbələr onu da deyirlər ki, İntiqam Əliyev saxta ittihamlarla həbsə düşmüş yeganə hüquq müdafiəçisi deyil:
“Hakimiyyətiniz Leyla və Arif Yunusu, Rəsul Cəfərovu və digər ictimai xadimləri və fəalları da həbs edib, digərlərinin isə ölkəni tərk etməsinə qadağa qoyub, hesablarını dondurub.