Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:48

İslam Dövləti yaraqlıları rusca təbliğatı gücləndirirlər


Suriyada İslam Dövləti yaraqlılarının tərkibində vuruşan tacik yaraqlı Abu Daoud
Suriyada İslam Dövləti yaraqlılarının tərkibində vuruşan tacik yaraqlı Abu Daoud

.


Rus dilində radikal islamçı təbliğatı

Rusdilli İŞID silahlıları təbliğata az əvvəl başlasalar da, son həftələrdə onun yeni rusdilli media qanadı – “Furat” Media yaraqlıların bütün media əməliyyatlarında rolunu öz üzərinə götürüb.

ABŞ-ın araşdırma təşkilatlarından olan Washington Yaxın Şərq siyasəti İnstitunun tədqiqatçısı Aaron Y.Zelin deyir ki, yaraqlılar indi rəsmi təbliğatlarını ərəb, ingilis, kürd, fransız və rus dillərində aparırlar.

Tədqiqatçı deyir ki, “Furat” yaraqlıların təbliğatçısı olması barədə açıqlama verməsə də, bu qrupun təbliğatını yayır.

“Furat” “Twitter”, “Facebook” və “VKontakte” də hesablar açıb. Eyni zamanda “rurat.info” web saytını saxlayır. Bu saytdan rus dilində danışan silahlıların video-mesajları da daxil olmaqla müxtəlif videolar yayır. Sayt eyni zamanda, ərəb və ingilis dilində videoları rus dilinə dublyaj etməklə yayımlayır.

Adı Fərat çayından götürülmüş “Furat”ın özünün logosu da var – suyu anladan iki ağ dalğavari xətti olan mavi kvadrat.

Suriyada rusca danışan silahlıların təbliğatında yeni bir şey yoxdur. Silahlıların 2012-ci ilin sonlarından, yəni Suriyaya gəldikləri ilk vaxtlardan öz saytları və sosial-media hesabları olub.

Amma rusdilli İŞID-çi yaraqlıların sayı və məşhurluğu artdıqca onların media əməliyyatlarında da vəziyyət fərqləndi. Media siyasəti qəzəbli formadan hamar və yarımpeşəkar formaya keçdi.

İslamçı saytların mövzuları

“Furat”ın fəaliyyəti üçün münbit şəraiti 2013-cü ilin əvvələrində “FiSyria” websaytı yaratdı. Bu saytı Gürcüstanın Pankisi dərəsindən gəlmiş etnik kist olan Umar al-Shishani-nin başçılıq etdiyi çeçen yaraqlıları qrupu idarə edirdi.

“FiSyria” əvvəlcə çeçen silahlılarının döyüşlərindən yenilikləri təqdim edərək Shisani-nin fərdi saytı kimi fəaliyyət göstərdi. Amma Shishani vəzifədə yüksələrək hərbi komandir keçəndən sonra “FiSyria”da dəyişdi. Shishani 2013-cü ilin axırında öz qrupu ilə İŞID lideri Abu Bakr al-Baghdadi-yə sadiqlik andı içəndən sonra “FiSyria”da rusdilli təbliğat saytı oldu.

İndi “FiSyria” saytına girən istifadəçi “Furat”a yönləndirilir.

“Furat” İŞID-ın başqa media qrupu olan “ShamToday”-i də özünə birləşdirib. “ShamToday” Şimali Qafqaz yaraqlıları tərəfindədir və Rusiya sosial mediasında aktivlik göstərir.

“Furat” İŞID yaraqlılarının təbliğatı üçün fəaliyyətini gücləndirib. Bu fəaliyyətə həmçinin videoların rus dilində subtitrlərlə verilməsi daxildir. Bunun üçün ərəb dilini yaxşı bilən personalın sayı artırılıb. Onların işini görmək üçün sosial mediada yayımladıqları fotoşəkillərə rast gəlmək olar.

Tacik yaraqlı Abu Daoud və İslam Dövləti qrupuna Dağıstandan qoşulan yeni yaraqlılar.
Tacik yaraqlı Abu Daoud və İslam Dövləti qrupuna Dağıstandan qoşulan yeni yaraqlılar.

İŞİD-in media mərkəzi də fəaliyyət göstərir

İŞİD yaraqlısı, milliyyətcə qazax olan Artyom adlı birinin iyulun 1-də yaydığı, "IS Media Center" adlandırdığı fotoda bir neçə silahlının ofisdə laptop və mobil telefonlarla işlədikləri görünür.

Mosulda yerləşən İŞID “Media mərkəzi” adlı ünvanda başqa rusdillilərlə birlikdə Artyom kimilərinin varlığı bir daha sübut edir ki, İŞID rusdilli təbliğatını gücləndirib.

Keçmişdə rusdilli təbliğat ancaq Şimali Qafqazdakı silahlı qruplar haqqında idi.

Son vaxtlar Mərkəzi Asiya da İŞID təbliğatında mühüm yer tutur.
Tacik yaraqlısı Abu Daoud (real adı Parviz Saidrakhmonov) bir neçə dəfə İŞID "Media Mərkəzi”ndə şəklini yayıb.

Ehtimal edilir ki, Saidrakhmonov öldürülüb. O bir neçə rusdilli İŞID ideoloqları ilə bağlı idi. Onların arasında dağıstanlı Akhmad Medinsky və Nadir Abu Khalid var. Hər ikisinin Shishiani ilə münasibəti olan etnik qaraçaylı Abu Jihad-la yaxınlığı var. Onlar Shishiani tərəfindən “Furat Media” üçün bir neçə ay əvvəl İŞID təbliğatına cəlb ediliblər.

“Furat”ın iki əsas məqsədi var. Birincisi, Rusiyadan,-xüsusilə Şimali Qafqazdan yaraqlı cəlb etmək. Buraya keçmiş Sovet İttifaqından, xüsusilə Mərkəzi Asiyadan olanlar da aiddir.

“Furat” həmçinin artıq döyüşən rusdilli sialahlılar arasında İŞID-in təbliğat materiallarının yayımı ilə məşğuldur. Bu materiallara İŞID-in nəzarətindəki ərazilərdə döyüşən müxtəlif rusdilli qrupların, döyüşçülərin rus dilində subtitrlərlə görtüntüləri olan CD-lərin hazırlanması və yayımı daxildir.
İyulun 1-də “Facebook”da bir dəstə kompakt disklərin şəklini izah edən yazı “xəlifət qardaşlığı” adlanırdı. Bu termin İŞID nəzarətində olan ərazilərdə işlənir.

“Furat” həm də İraq, Suriya və Şimali Qafqazda hələ də qalmış silahlı birlışmələr arasında ideoloji körpünün qurulmasında vacib rol oynayır.

Yaraqlılar sosial mediada

“Furat” İŞID qruplaşmasının Şimali Qafqazı “əyalət” elan etdiyini bildirir. Təbliğat qanadı həmçinin Qafqaz Mücahidləri Birliyinin adından peşəkar video yayımlayıb. Videoda Suriya və İraqda döyüşən rusdilli yaraqlılar İŞID sıralarında Şimali Qafqazdan olan həmkarlarını tərifləyirlər.

“Facebook” və “Twitter” İŞID qrupuna məxsus hesabları bağlansa da “Furat” hələ də dayanıqlıdır. Amma İŞİD-çilər “Facebook” yeni hesab açıblar.

Rusiya, Qazaxıstan, Tacikistan kimi ölkələr İŞID və radikal islam tərəfdarı olan bir neçə sayta qadağa qoysalar da, sosial medianın bloklaşdırılması istiqamətində az uğur əldə ediblər.

Tacikistan Daxili İşlər Nazirliyinin iyulun 2-ə olan qadağan olunmuş saytlar siyahısında “Furat Media” və onun sosial media hesabları yoxdur.

XS
SM
MD
LG