-
Bakıda keçirilməsi nəzərdə tutulan "Formula-1" yarışları ilə əlaqədar asfaltın bir qatı dəyişməli və xüsusi qat qoyulmalıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, hazırda "Formula-1" yarışları ilə bağli texniki işlər aparılır. Onun sözlərinə görə, bu yarışların keçirilməsi üçün şəhərdə şərait yaradılmalıdır: "Bunun üşün asfaltın bir qatı dəyişməli və xüsusi qat qoyulmalı, bütün kanalizasiya lyukları bərkidilməlidir".
A.Rəhimov deyib ki, asfalt örtüyünün dəyişdirilməsi 1,5-2 ay ərzində tamamlana və 2016-cı ilin mart-aprel aylarından işlər başlaya bilər.
Nazir bildirib ki, bu yaxınlarda Azadlıq meydanında əsas pit-stop və paddok deyilən 2 mərtəbəli bina tikiləcək.
Pit-stop - təmir, yanacaq doldurulması, şinlərin dəyişdirilməsi və digər texniki xidmətlər göstərilən yerdir.
Paddocksa - komadalara dəstək vermək üçün, komanda rəsmilərinin və dirər VİP qonaqların yarışları izləmək üçün xüsusi terras məkandır.
"Formula-1" avtoyarışları üzrə Avropa Qran-Prisi 2016-cı il iyulun 17-də Bakıda keçiriləcək.