Fazil Mustafa Facebook-da "İran əllamələrindən" yazır
Millət vəkili Fazil Mustafa Facebook-da Ramazanda bayram namazının vaxtı ətrafında mübahisılər haqda yazıb: "“Bu İranın əllamələrinə baxın, oradan-buradan sitatlar tapıb bizə göndərirlər ki, bəs, Səudiyyədə belə səhv ediblər, Türkiyədə belə səhv ediblər.Nə səhv ediblər, hamısı da dobra-dobra bayramlarını vaxtında keçiriblər. Guya bunların sahibləri günü təyin edəndə astronomiyanı öyrənib addım atıblar. Sadəcə baxıblar ki, ağaları hansı günü deyib, o günü də bayram edirlər. Ötən il də rəsədxananın dediyindən fərqli gün təyin olundu, niye səsiniz çıxmadı? Bu, mahiyyətcə bir şeyi dəyişmir, ancaq öz ölkəsini İranın yedəyində süründürmək istəyənlərin bir daha iç üzünü açır”.
ABŞ səfiri Bakıda veloyürüşdə iştirak edib
ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta Bakıda keçirilən veloyürüşdə iştirak edib. O jurnalistlərə deyib ki, "Ətraf mühiti uşaqlarımız və nəvələrimiz üçün qorumağa heç olmasa kiçik bir töhfə verməliyik." Fotolar
Atası 700 balı görəndə ağladı
Iyulun 14-də 1-ci və 4-cü ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 9 abituriyent 700 bal toplayıb. Bunlardan 7-si birinci, 2-si isə dördüncü qrup üzrə imtahan verib.
Birinci qrup üzrə qəbul imtahanında 700 bal toplayanlardan biri də İsa Məmmədlidir. O, deyir ki, atası 700 balı görəndə ağladı.
Bir azərbaycanlı arvadını 300 dollara satıb
Trendin məlumatına görə, Gürcüstandan olan bir azərbaycanlı Türkiyəyə bal ayı keçirməyə gəlib və xanımını bir kafedə 300 dollara satıb. Qadın iki ay sonra ona vurulan bir müştərinin köməyi ilə oradan xilas ola bilib.