İyulun 15-də AzadlıqLive-da Radioda bu mövzuları müzakirə etdik
Leyla Yunusun məhkəməsində vəkili deyib ki, avropalı həkimlərin ona yazdığı dərman 40 min manatdır: “ Avropadan gələn həkim belə bir preparat təyin edirsə, deməli, vəziyyət həqiqətən də pisdir”
AZAL-ın öz reyslərində qiymətlərinə yenidən baxacağı gözlənir.
6 ayda 117 min 271 vergiödəyicisinin borcları tamamilə ləğv edilib.Ancaq hansı yollarla?
Bakı kəndlərində və Sumqayıt ətrafında Asiya çəyirtkələri
4 gündür ki, Bakının Novxanı, Pirşağı, Nardaran, Bilgəh kəndlərinin və Sumqayıt şəhərinin Xəzər dənizinə yaxın ərazilərinə Asiya çəyirtkəsinin miqrasiyası müşahidə olunur.“Asiya çəyirtkələri Şimali Qafqazdan, Terek çayı vadisindən miqrasiya edir. Çəyirtkə sürüsü güclü külək nəticəsində sahil zolağında dənizə düşüb".
Beynəlxalq Bank özəlləşdirməyə hazırlanır
İlham Əliyev "“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" fərman imzalayıb.Fərmana əsasən, Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankı 15 gün müddətində Beynəlxalq Banka məxsus problemli aktivləri müəyyən etməli və həmin aktivlərin dövlətə məxsus “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının idarəetməsinə verilməsi üçün tədbirlər görməlidir.
"Atletlər Kəndinin" mənzilləri ilə neyləyəcəklər?
"«Azinko» şirkətindən AzadlıqRadiosuna bildirdilər ki, Heydər Əliyev prospekti 117-dəki binalar hələ ki, Bakı Olimpiya Oyunları Təşkilatının icarəsindədir və mənzillər satışa çıxarılmayacaq. Səbəbi də odur ki, 2017-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan İslam Olimpiya Oyunlarına gələn idmançılar da burada qalacaq."