AzadlıqLive-da Radioda iyulun 16-da bu mövzular müzakirə olundu:
Bakının su problemi həll olundu ya yox?
Sovetskidən köçürülməyənlər
Ağ Şəhərdə qara günlər
Əli Kərimli hökumətə qarşı məhkəməni uddu
Beynəlxalq Bank gözəlləşdirilib, özəlləşdiriləcək
Bakıda su problemi həll olunub yoxsa yox?
“AzərSu” Bakıdakı su probleminin tamamilə aradan qaldırıldığını, sakinlərsə hələ də suyun gəlməyində problemlər olduğunu deyirlər. İyulun 11-də Bakını içməli su ilə təmin edən “Kür Su Təmizləyici” qurğularının borusunda qəza olub. “Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyir ki, su borusu bərpa olunub və paytaxtın su ilə təmin edilib.Bakıda Yasamal rayonu Birinci Alatava sakini Məcid Həsənli deyir ki, onlarda hələ də su problemi var:“Bizim ev Nəqliyyat Nazirliyinin yanındadır. Su verilişində heç vaxt problem olmurdu. Amma 5-6 gündür ciddi problemlərimiz var. İlk 2-3 gün tamamilə su olmadı. İndi də fasilələrlə, zəif gəlir. Motoru, bakı olanların işi bir az yaxşıdır. Bakı olmayanlar qalıb, susuz. Noldu bir qəzanı bir həftədir aradan qaldıra bilmədirlər? Lider TV-dən düz Nəqliyyat Nazirliyinə tərəf bütün qonşular, hamı susuz qalıb”.
ABŞ-da sahilə çıxmış ağ köpək balığını insanlar xilas edir
Chatham, Massaçusets ştatı.
Arif Məmmədov:"Facebook-da 3 cümlə 9 milyon arasında populyar edə bilir"
"Müasir dövrdə mən siyasi partiya lideri olmadan da, iPad və Facebook vasitəsilə yazdığım üç cümlə məni doqquz milyon adam arasında populyar edə bilir"- bunu keçmiş diplomat Arif Məmmədov Amerikanın Səsinə deyir. .
Azərbaycan Hesablama Palatası İslam Konfransı Təşkilatının Avropa İttifaqındakı keçmiş nümayəndəsi Arif Məmmədovla bağlı Baş Prokurorluğa müraciət edib. Müraciət barədə Amerikanın Səsinə müsahibə verən diplomat deyib: "Əgər haqsızlıq haqqında məlumat yaymaq cinayətdirsə, onda mən cinayətkaram"