Kazarma çökdü, 23 nəfər öldü
Rusiyanın Omsk vilayətindəki Svetloye qəsəbəsində hərbi kazarma qismən çöküb. 23 nəfər ölüb, daha 19 nəfər xəstəxanaya yerləşdirilib. Tikintinin keyfiyyətsiz aparıldığı deyilir.
Bakının 3 raoyonuna su 2 günə bərpa olunacaq
Yaxın iki gün ərzində Bakının Yasamal, Səbayel və Binəqədi rayonlarında suyun verilməsi tam bərpa olunacaq. Bunu Trend-ə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.İyulun 10-da Kür-Bakı magistral boru xəttində baş verən qəza ilə əlaqədar yuxarıda adıçəkilən rayonlarda su fasilələrlə verilir.
Bu xəbərə Facebook-da maraqlı bir şərh yazıblar
İlham Əliyev: " Haqq qoyurlar,"Krışalıq" edirlər""
İlham Əliyev Nazirlər Kabinetinin toplantısılnda deyib: "Dövlət qurumlarına da göstəriş verirəm ki, (sahibkarlara - Azadlıq Radiosu) əsassız tələb irəli sürməməlidirlər. Belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, icra hakimiyyətləri haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Buna son qoyulmalıdır, yığışdırılmalıdır”.
"“Tam qaydada, şəffaf şəkildə bizdə vergi vermək mədəniyyəti əfsuslar olsun ki formalaşmayıb. Dövlət qurumları vergiləri vaxtında verir, amma özəl qurumlar vermir. Mənə məlumatlar gəlir ki,Vergilər Nazirliyi özünü sərt aparır. Burada iki məsələni ayırmalıyıq. Nazirlik çalışmalıdır ki, vergilər qanuni şəkildə toplansın. Amma əsassız ödəmələr tələbi irəli sürülməməlidir. Sahibkar yalnız dövlətin pulunu verməlidir. Vəssalam. Bundan başqa heç kimə bir manat da verməməlidirlər."