Azərbaycanda daha bir bank bağlandı
“Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyası ləğv edilib. Bu, Azərbaycanda bağlanan ikinci bankdır. İyulun 13-də "EuroBank" da bağlandı. Mərkəzi Bank bildirir ki, "Kredit Bank"da əmanətçilərin pullarını qaytarmaq üçün yetərincə vəsait var.
Ramzan Kadırovun hərbi "oyunlarına" uşaqlar cəlb olunur
Çeçenistan prezidenti Ramzan Kadırov xüsusi təyinatlı hissələrin operativ döyüş hazırlığının qəfil yoxlamasını keçirib. Ancaq diqqəti çəkən bu hərbi "oyunlara" uşaqların cəlb olunmasıdır.
"Atletlər Kəndinin" mənzilləri ilə neyləyəcəklər?
"«Azinko» şirkətindən AzadlıqRadiosuna bildirdilər ki, Heydər Əliyev prospekti 117-dəki binalar hələ ki, Bakı Olimpiya Oyunları Təşkilatının icarəsindədir və mənzillər satışa çıxarılmayacaq. Səbəbi də odur ki, 2017-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan İslam Olimpiya Oyunlarına gələn idmançılar da burada qalacaq."
Beynəlxalq Bank özəlləşdirməyə hazırlanır
İlham Əliyev "“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" fərman imzalayıb.Fərmana əsasən, Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankı 15 gün müddətində Beynəlxalq Banka məxsus problemli aktivləri müəyyən etməli və həmin aktivlərin dövlətə məxsus “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının idarəetməsinə verilməsi üçün tədbirlər görməlidir.