Doqquz ildir ki, nəğd pulla aldıqları mənzillərə köçə bilməyən sakinlər iyulun 13-də "Yeni Yasamal" MTK-nın binası qarşısında etiraz aksiyası keçirib.
“Qafqazinfo” xəbər verir ki, “Yeni Yasamal” MTK-dan aldıqları Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabanı küçəsi 5 ünvanındakı 16 mərtəbəli yaşayış binasına köçə bilməyən sakinlər binanın qarşısına toplaşaraq aldıqları evlərin MTK tərəfindən təhvil verilməsini tələb ediblər.
Mənzillərin eyni anda bir neçə şəxsə satılmasından da narazı olan sakinlərə MTK sədri Cahangir Alışov noyabr ayında binanın təhvil verilməsinə söz verib. Onun sözlərinə görə, mənzillərin 15-nin mübahisəlidir və bununla bağlı hazırda məhkəmə prosesi davam edir.