Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:52

Yenilik: İpoteka yeni tikililərə veriləcək


Azərbaycanda ipoteka kreditləri ilə bağlı yenilik tətbiq ediləcək. Fins.az-ın məlumatına görə, bu yenilik ipotekanın yeni tikililərə verilməsidir.

Bu barədə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı özü bildirib. O, deyib ki, bu ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən əlavə vəsaitin ayrılması barədə göstəriş verib: “Buna böyük ehtiyac var. Xüsusilə gənclər, digər kateqoriyalı insanlar. Onların həyat şəraiti yaxşılaşmalıdır. Hesab edirəm ki, ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir”.

Dövlət başçısı qeyd edib ki, hazırda Maliyyə Nazirliyi və Mərkəzi Bank bu məsələ ilə məşğul olurlar: “Onlara müvafiq göstərişlər verilib. Bir müddətdən sonra mənə məruzə etsinlər ki, bu məsələ necə icra olunur. Bunun mexanizmi nədən ibarət olacaq?”. İlham Əliyev bildirib ki, ipoteka kreditləri ilə bağlı iki yanaşma var: “İstəyirəm ki, ictimaiyyət onu da bilsin. Ya verilən vəsaitə mövcud binalardan mənzillər alınacaq, ya da ki, yeni binalar tikiləcək. Əlbəttə, tikinti sektorunu canlandırmaq üçün yeni binaların inşası daha da məqsədəuyğundur. Ancaq bu, bir qədər vaxt apara bilər. Ona görə, biz bəlkə də bu iki yanaşmanın sintezini tətbiq etsək pis olmaz. Hər halda, bu, əsas məsələ deyil. Əsas məsələ odur ki, vəsait ayrılmalıdır və həmin vəsaitin kimə veriləcəyini də siz müəyyən edin. Əlbəttə, şərtlər elə olmalıdır ki, ipotekaya maraq artsın”.

XS
SM
MD
LG