-
“İlhamla konfeti də yarı bölərdik – yarısı onun, yarısı mənim...”
Sevil Əliyeva deyir ki, qardaşı elə sakit, elə dinməz olubmuş ki...
“O, qorxusuz adam idi, mübarizəsi də barışmaz idi. Bu işə başladığından, bu yoldan dönmək fikrində deyildi” . Mərhum prezident Heydər Əliyevin qızı Sevil Əliyeva belə deyir.
O, "Space" telekanalına müsahibəsində atası haqqında danışıb.
“Uşaqlarla oynamağa həmişə vaxt tapardı”
Sevil Əliyeva bildirib ki, Heydər Əliyev evdə, ailədə mox mehriban olub: “Uşaqlarla oynamağa həmişə vaxt tapardı. Yadımdadır, hələ lap balaca idim, onunla hər gün gizlənpaç oynayardıq. Otağın ortasında dayanıb gözlərimi yummuşdum, elə bilirdim ki, məni görmür. Elə məharətlə oynayardı ki. Belə deyərdi: hardadır, axı bu Seva? Gör necə qızdır, harda gizlənib, axı? Heç yerdə tapa bilmirəm. Sonra qaçar, harasa əlimi vurardum ki, mən uddum. O, bizimlə bax belə oynayardı”.
“Canavarları elə yamsılayardı ki...”
Sevil Əliyeva atasının onlara nağıl danışmasından, rola girməsindən də söz açıb: “Mənimlə İlhama erkək və dişi canavar nağılını danışardı. Bilirsiniz, necə rola girərdi?!. O vaxt 10 yaşım vardı, bazar günü idi. Hər bazar günü ondan həmin nağılı danışmasını istəyərdik. Bilirdik ki, danışan atamızdır, ancaq elə məharətlə oynayardı ki!.. Özü də nağılı özü uydurmuşdu. O canavarları elə yamsılardı ki, 10 yaşım olsa da, qorxardım. Gah erkək, gah da dişi canavarı səsləndirər, bütün boş vaxtını bizimlə keçirərdi.
Yayı Bilgəhdə keçirər, birlikdə çimərliyə gedərdik. Üzməyi mənə o öyrətdi. Ona görə də dənizi çox sevirəm”.
Sevil Əliyeva ailələrindəki sevgidən də danışıb: “Bizə, mənə, İlhama qarşı elə idi ki... O, anam və biz – dördümüz, bir nəfər kimiydik. Bir-birimizi elə sevirdik ki, kimin kimi daha artıq sevdiyini ayırd etmək çətin idi. Çox xoşbəxt idik”.
“İlhamın qayğısına qalmaqda anama çox kömək edirdim”
İlham Əliyevin doğulmasını bacısı belə xatırlayır: “Yadmdadır, İlham doğulanda 6 yaşım vardı. Nənəmgildə idik, mən orada qalırdım, çünki anamla atam işləyər, işdən sonra gələrdilər. Zevin küçəsində yaşayırdılar. Məni götürər və biz pay-piyada bulvar boyunca Çkalov döngəsinə – köhnə mənzilimizədək gedərdik. O gün də gedirdik. Anam İlhama hamilə idi. Yolda anam hiss etdi ki, İlhamın doğulmağına az qalıb. Oğlan olduğunu bilmirdilər. O vaxt ultrasəs müayinə yox idi.
Mən də nədənsə elə bilirdim ki, bacım olacaq. Deyirdim, bacım olacaq, onunla oynayacağam, onu belə çağıracağam. Özümdən cürbəcür adlar uydurardım. Və biz oradan anamı doğum evinə apardıq.
Səhər mənə xəbər verdilər ki, qardaşın olub. Gecə saat ikidə doğulub. Qardaşımın doğulması xəbərinin məndə hansı hisslər oyatdığını təsəvvür edə bilməzsiniz. Atamla doğum evinə getdik, - anamın yanına. Bizi körpələrin olduğu yerə apardılar. Təsəvvür edin, İlham balaca çarpayıda, təzə doğulmuş...
Yadımdadır ki, limonlu karamellər vardı, onu İlhamla tən yarı bölərdik. Yarısı onun, yarısı mənim. Anamla onu bağçadan götürməyə gedərdik. O, elə sevinərdi ki!.. Sevindiyindən atılıb-düşərdi.
Onun üzü indi də gözlərimin önündədir. Körpələr bir-birinə oxşayır, axı. Amma onun üzünü dəqiq xatırlayıram. Olduğu kimi. Elə ağ, elə qəşəng idi ki!.. Hamıdan fərqlənirdi, çox gözəl uşaq idi. Düşünürdüm ki, o, evə gələcək, mən onun qayğısına qalacağam. Yadımdaıdr ki, İlhamın qayğısına qalmaqda anama çox köməyim dəyərdi. Anam deyirdi ki, evdə böyük qızın olmağı nə yaxşıymış!..”.
“Seva İlhamı çalağan kimi qoruyur”
“Dörd nəfərin dördü də bir-birini eyni dərəcədə sevirdi. Bu, sonralar da belə qaldı. Biz artıq böyümüşdük, tələbə idik. Məndən soruşsaydılar ki, “kimi daha çox sevirsən? - deyə bilməzdim. Atamı, anamı, ya qardaşımı? Mənim üçün hamısı eyni idi. Eynilə valideynlərim üçün də. Elə qardaşım İlham üçün də. Biz konfeti də yarı bölərdik, başqa cür təsəvvür eləmirdik. Yadımdadır ki, limonlu karamellər vardı, onu İlhamla tən yarı bölərdik. Yarısı onun, yarısı mənim. Anamla onu bağçadan götürməyə gedərdik. O, elə sevinərdi ki!.. Sevindiyindən atılıb-düşərdi.
Məktəbdə oxuyarkən, İlham siniflərində yaşına görə hamıdan balaca, amma çox ağıllı idi. Atam qərara gəlmişdi ki, onu 5 yaşından məktəbə qoysun. Onun sinfinə gəlib, baxardım görüm, onu incidən yoxdur ki. O, elə sakit, elə dinməz idi ki. Kimdənsə mənə şikayətlənəndə həmin uşağın payını verərdim. Uşaqlar məndən qorxurdu. Onu incitmək istəyənlərə də bu, dərs olardı. Bilirdilər ki, Seva gələcək və Seva intiqamını alacaq, yəni cəzalandıracaq. Lidiya İvanovna anama deyərdi ki, Seva İlhamı çalağan kimi qoruyur”.
“Heydər Əliyev sadə insanlarla görüşəndə mühafizəçilərə acıqlanardı”
Sevil Əliyeva müsahibəsində Heydər Əliyevin sadə insanlara münasibətindən də danışıb:
O, sadə insanlarla görüşəndə mühafizəçilərə acıqlanardı. Deyirdi ki, mane olmasınlar, çünki ünsiyyətdə olmaq istəyirdi. Onlar üçün əlçatan olmaq istəyirdi ki, onu qucaqlaya, öpə bilsinlər və o da bunu edə bilsin.
“Sevmək bacarığı ondakı qədər heç kimdə olmayıb. Onun gözlərindən sevgi süzülərdi, axı, bu sevgi ürəkdən gəlirdi. Onun belə sevmək qabiliyyəti olmasaydı, o öz sevgisini verməyi bacarmasaydı, özünü son damlasınadək insanlara həsr etməsəydi, onu da o cür sevməzdilər. Necə deyərlər, o bu sevgiyə məhkum idi.
Bütün bunlar qarşılıqlı idi. O, xalqı sevdiyindən xalq da onu sevərdi. Amma sevgi birinci ondan qaynaqlanmışdı. Çünki o, cəmiyyəti təmizləməyə başladı və elə etdi ki, ədalət zəfər çaldı. O bunu xalq naminə etdi. O özü xalqın içindən çıxmışdı. Son dərəcə vicdanlı və ədalətli adam idi. İstənilən haqsızlıq, ədalətsilzik və ya kiminsə öz üstünlüyündən, mövqeyindən sui-istifadə etməsi onun içində bir qiyam oyadırdı.
O, sadə insanlarla görüşəndə mühafizəçilərə acıqlanardı.
Deyirdi ki, mane olmasınlar, çünki ünsiyyətdə olmaq istəyirdi. Onlar üçün əlçatan olmaq istəyirdi ki, onu qucaqlaya, öpə bilsinlər və o da bunu edə bilsin. Çünki bunların hamısı qeyri-rəsmi idi”.