Vergi müfəttişi danışır
Avqustun 20-də Xədicə İsmayılın məhkəməsi davam edir.
Bu gün məhkəmədə Bakı Vergilər Departamentinin müfəttişi İmran Nurməmmədov ifadə verməlidir. O, avqustun 19-da ifadə verməyə başlasa da, iş günü bitdiyindən dindirilmə yarımçıq saxlanılmışdı.
Vergi Departamentinin əməkdaşları müdafiə tərəfinin vəsatəti əsasında dindirilir.
Məhkəmə yenə yarıqapalı şəkildə davam edir. Müstəqil jurnalistlər məhkəmə zalına buraxılmayıblar.
Yenə qapı arxasında qaldı
Jurnalist Xədicə İsmayılın cinayət işi üzrə məhkəmə prosesi davam edir. Əvvəlki proseslərdə olduğu kimi, məhkəmə yenə yarıqapalı keçirilir. Bəzi ölkələrin diplomatik təmsilçiləri məhkəmə zalına buraxılsa da, Böyük Britaniya səfirliyinin nümayəndəsi yenə qapı arxasında qalıb.
Bugünkü prosesdə məhkəmədə çıxışlar başlayacaq.
Prosedur qaydalarına görə, əvvəlcə dövlət ittihamçısı, sonra müdafiə tərəfi çıxış edəcək.
Məhkəmə qarşısında Xədicəyə dəstək aksiyası
Avqustun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında bir qrup jurnalist «Xədicəyə azadlıq!» tələbi ilə aksiya keçiriblər. Aksiyaçılar əllərində rəngbərəng şarlar və «Xədicəyə azadlıq!» yazılmış şüarlar tutublar.
Aksiyaçılar bildirib ki, onlar Azərbaycan hakimiyyətindən vətəndaş cəmiyyəti nümayəndələrinə hücumlara son qoymağı, həbsdə olan jurnalistlərin, hüquq müdafiəçilərinin, siyasi məhbusların azad olunmasını tələb edirlər. «Biz sülhpərvər yollarla bundan sonra da mübarizəmizi davam etdirəcəyik» deyə aksiyaçılar bildirib. Jurnalistlər aksiyada bir neçə dəfə «Xədicəyə azadlıq!» şüarı səsləndiriblər.
Məhkəmə hakimi tərəfindən qəbul edilməyən vəsatətlər
MTRŞ-nın məktubunun işə əlavə edilməsi haqqında
Esmira Cavadova və Şahvələd Çobanoğlunun müqavbilələrinin işə əlavə edilməsi barədə
Ədliyyə Nazirliyinin reyestrindən çıxarışın sübutlara əlavə edilməsi barədə
Vergilər Nazirliyinin aktının işdən çıxarılması barədə
MTRŞ, Radiotezliklər idarəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təmsilçilərinin məhkəməyə
Tural Mustafayevin Facebook-dakı yazışmalarının sübutlar sırasından çıxarılması barədə