Jurnalistin anası: Xədicənin qələmi dayanmacaq!
Məhkəmədən sonra jurnalistlərə açıqlama verən jurnalistin anası deyib ki, Xədicə hökmü gülərək qarşılayıb:
Xədicə barədə hökm açıqlandı
Jurnalist Xədicə İsmayıl 7,5 il müddətinə azadlıqdan məhrum edildi.
Onu vergidən yayınmaqda, mənmsəmədə, qanunsuz sahibkarlıqla məşğul olmaqda, vəzifə səlahiyyətlərini aşmaqda təqsirli biliblər. X.İsmayıl ittihamları rədd edir.
Jurnalist verilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.
Məhkəmə jurnalist Xədicə İsmayılovaya Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə bəraət verdi.
Onu həmkarı Tural Mustafayevi ölüm həddinə çatdırmaqda ittiham edirdilər.
T.Mustafayev məhkəmədə X.İsmayılova haqda istintaqa verdiyi ifadədən imtina etmiş, intihara cəhdinin nişanlısı ilə münasibətinin pozulmasından qaynaqlandığını demişdi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığındakı çayxana bu gün bağlanıb. AzadlıqRadiosu-nun əməkdaşları bunun səbəbi ilə maraqlananda çayxanadan onlara «yağış yağacağını» bildiriblər.
Amma araşdırmaçı-jurnalist Xədicə İsmayılın məhkəməsində iştirak etmək üçün ora yığışanlar AzadlıqRadiosu-na bildiriblər ki, dünən burda izdiham olduğundan görünür çayxana rəhbərliyinə obyektini birgünlük bağlamaq tapşırığı verilib.