Xədicənin məhkəməsindən videoreportaj
Vəsatətlər təmin edilmədi.
Vəkil Fəxrəddin Mehdiyev deyir ki, müdafiə tərəfi Oktyabrın 15-də keçirilən prosesdə bir neçə vəsatət qaldırıblar.
Amma bu vəsatətlərdən heç biri təmin olunmayıb:”
Müdafiə tərəfi bir neçə vəsatət qaldırdı.
1-ci vəsatət Xədicə ismayılın ünsiyyət və müdafiə hüququnu daha yaxşı təmin etmək üçün onun şüşə qəfəsdən çıxarılıb vəkillərin yanında oturması ilə bağlı idi. İkinci vəsatət həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi, 3-cü vəsatət isə məhkəmənin istintaq və yaxud qismən istintaqla aparılması ilə bağlı idi. Amma hakim İlqar Murtuzov bu vəsatətlərin heç birini təmin eləmədi”.
Vəkil Fəxrəddin Mehdiyev deyir ki, müdafiə tərəfi birinci instansiya məhkəməsində işin ədalətli araşdırılması ilə bağlı bir sıra mühümm vəsatətlər təqdim edib, amma onların heç biri təmin olunmayıb və müdafi tərəfi buna görə də işin istintaq və qismən istintaqla aparılmasını istəyir.
Növbəti proses oktyaqbrın 29-na təyin edilib.
Vəkil Xədicə ilə danışdı
Xədicə İsmayıl məhkəməyə gətiriləndə komvoy vəkilin onunla danışmasına mane olmağa cəhd göstərib, amma vəkilin təkidindən sonra o komvoyun nəzarəti ilə qısaca danışa bilib.
Məhkəmədə hüquqşünaslar, ictimai-siyasi fəallar, jurnliatlər və gənclər iştirak edir. Məhkəmənin önünə xeyli adam yığışıb.
Oktyabrın 15-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Xədicə İsmayılın şikayətinə baxacaq.
Vəkil Fariz Namazlı deyir ki, ilkin baxış iclası olacaq: «Biz Xədicə İsmayılın ev dustaqlığına buraxılmasını istəyəcəyik, eyni zamanda vəsatət qaldıracağıq ki, apellyasiya şikayətinə məhkəmə araşdırılması formasında baxılsın. İstintaq zamanı bir sıra sənədlər təqdim etmişdik, ancaq o sənədlər araşdırılmadı. Buna görə də vəsatət qaldıracağıq ki, məhkəmə istintaqı aparılsın».
Birinci instansiya məhkəməsi artıq özünüöldürmə həddinə çatdırma maddəsi ilə Xədicə İsmayıla bəraət verib.
Xədicə İsmayıl bu il sentyabrın 1-də qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək 7 il yarım azadlıqdan məhrum edilib.
O, ittihamları rədd edir, həbsinin jurnalistlik və ictimai fəaliyyəti ilə, o cümlədən, ölkə prezidentinin ailəsinin biznesini araşdırması ilə bağlı olduğunu deyir.
Həbsindən sonra Xədicə İsmayıl söz və ifadə azadlığının müdafiəçisi kimi bir sıra beynəlxalq təşkilatların mükafatına layiq görülüb. Qərb təşkilatları onun həbsini pisləyib və Azərbaycan hakimiyyətindən jurnalistin dərhal azadlığa buraxılmasını istəyib.