Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:10

Xədicənin məhkəməsi davam edəcək

AzadlıqRadiosu-nun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı məhkəmə prosesini dəqiqəbədəqiqə izləməklə yanaşı həm də jurnalistin həbsinə aparan hadisələri yada sala bilərsiz.

AzadlıqRadiosu-nun araşdırmaçı-jurnalisti, radionun Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaq ittihamı ilə həbs edilib.

Sonradan bu ittiham ləğv edilib amma jurnalistə qarşı AzadlıqRadiosu-nun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.

X.İsmayıl bildirir ki, prezident İlham Əliyev və digər yüksəkvəzifəli məmurların qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün belə basqıyla üzləşib.

Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

16:42 17.7.2015

Xədicə İsmayılın araşdırdıqları

“Crystal Hall”un sirləri

Qızıl üstündə yaşayan gədəbəylilər…

Baba Rzayevin ailə biznesi

Azərbaycan korrupsiyasının fəqərə sütunu - «Proxy»lər

Prezidentin qızı banka necə sahib oldu?

Qızıl mədənlərində Əliyevlərin payı

Londonda İlham Əliyevin ailəsinə məxsus imarət

Azersunla Əliyevləri bağlayan ofşor şirkətlər üzə çıxdı

Yüksək kredit faizləri Əliyevlərin banklarını varlandırır

Prezident İlham Əliyevə yaxın ofşor şirkətlərin Azercell-i ələ keçirimə mexanizmi

Bakıda ən yaxşı otellərin bəziləri Əliyevlərindir

16:46 17.7.2015

"Xədicənin işində cinayətlik bir şey tapmadıq"

Fariz Namazlı
Fariz Namazlı

Məhkəmə ərəfəsində Xədicə İsmayılın vəkili Fariz Namazlı deyib:

"Hesab edirik ki, Xədicə İsmayılın əməllərində heç bir cinayət tərkibi yoxdur. İş materiallarında da hər hansı cinayətin şahidi olmadıq. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişik". (Müsahibəni oxu)

18:34 17.7.2015

“Xədicə 9 yaşında artıq həqiqət üçün mübarizə aparırdı”

Xədicə İsmayıl
Xədicə İsmayıl

“Bir dəfə “iki” almışdım, istəyirdim ki, anamdan gizlədəm... Xədicə dedi ki, olmaz, anama deyəcəm. Yalvardım ki, demə, Xədicə, düzəldəcəm qiymətimi. O, məndən bir yaş kiçik idi, amma mənə göstəriş verirdi.”

Həbsdə olan jurnalist Xədicə İsmayılovanın böyük bacısı, məktəbə qədər tərbiyə üzrə mütəxəssis Səbinə Rəhimova ilə Skype vasitəsilə söhbət edirik. (Müsahibə və Xədicənin uşaqlıq fotoları)

19:11 23.7.2015

Davamı

XS
SM
MD
LG