7 Avqust - Xədicənin məhkəməsi keçiriləcək
Jurnalistin ailəsi məhkəməyə buraxılmır
Xədicə İsmayılın məhkəmə prosesi əvvəlkinə nisbətən iri zala köçürülsə də, onlarla adam yenə də qapı arxasında qalıb. Məhkəmə nəzarətçisi elan edib ki, yerlər artıq dolub.
AzadlıqRadiosunun müxbiləri xəbər verirlər ki, içəri diplomatik nümayəndələrdən yaınız ABŞ, Amaniya və Fransanın Azərbaycandakı səfirliklərinin nümayəndələri buraxılıb, Niderland və Böyük Britaniya təmsilçiləri kənarda qalıb.
Jurnalist Əvəz Zeynallı məhkəmə haqda danışır:
Xədicə ifadə verəcək
Xədicə İsmayıl bu gün ifadə verəcək. Zərərçəkmiş Tural Mustafayev, şahidlər - Tural Mustafayevin nişanlısı Rövşanə Rəhimova, jurnalist Aynur İmranova, Turalın ailə üzvləri və «Park Bulvar»da hadisə vaxtı Tural Mustafayevi xəstəxanaya aparmış bulvar işçisi dindiriləcək.