"Dağlıq Qarabağ probleminin nizamlanması üzrə danışıqların intesivləşdirilməsinin vaxtı çatıb."
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
S.Lavrov Elmar Məmmədyarovla görüşündə bildirib ki, “belə güman etməyə əsas var ki, bizim səylərimizin intesivləşdirilməsinin vaxtı çatıb”.
E.Məmmədyarov görüşün Azərbaycan və Rusiya prezidentlərinin tapşırığına uyğun olaraq baş tutduğunu bildirib. İranın nüvə proqramı ilə bağlı Vyanada keçirilmiş danışıqların uğurla nəticələnməsi münasibətilə rusiyalı həmkarını təbrik edib. Bu danışıqların regiondakı vəziyyətə müsbət təsir edəcəyinə əminliyini vurğulayıb. Münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlara toxunan E.Məmmədyarov Rusiyanın həmsədr ölkəsi kimi rolunu önə çəkib.
S.Lavrov ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu istiqamətdə ardıcıl iş apardığını, həmsədrlərin mütəmadi təmasda olduqlarını və münaqişənin həlli istiqamətində danışıqların daha da intensivləşdirilməsinin vaxtı çatdığını vurğulayıb.
Xəbəri Azərbaycanın xarici işlər nazirliyi yayıb.