Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:41

Məhbus jurnalistlər (İnfoqrafika)


.

(İnteraktiv infoqrafika mətnin sonundadır)

İyulun 22-də Azərbaycan Milli Mətbuatın 140 illiyini qeyd edir. Yubiley üçün jurnalistlərin bir qismi dövlət başçısında fəxri ad, mənzil gözləyir. Adını mükafatlılar siyahısına saldırıb sevinən kim, buna gücü çatmayıəb məyus olan kim...

O biri yanda da yubiley təmtərağından uzaq, gündəlik xəbər və aylıq əməkhaqqı dalınca qaranəfəs şütüyən bir dəstə jurnalist heç olmasa yubiley xəbərlərini qonorara çevirməyin qayğısında...

140 yaşlı Azərbaycan mediasının indiki mənzərəsini tamamlayan daha bir detal da var: ölkədə azı 9 jurnalist yubiley təbriklərini həbsxanada eşidir. Təbii, əgər məhbus jurnalistlərə təbrik rəva bilən olsa...

Aralarında AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılın da olduğu həmin 9 məhbus jurnalisti aşağıdakı infoqrafikada tanıdırıq:

XS
SM
MD
LG