Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 19:13

Türkiyədə partlayış: azı 28 nəfər ölüb - Yenilənir


Arxiv foto
Arxiv foto

Turkiyədə baş verən partlayışda ölənlərin sayı 28 nəfərə çatıb.

Bu barədə daxili işlər nazirliyi məlumat yayıb.

Partlayış iyulun 20-da Suruç şəhərindəki mədəniyyət mərkəzində baş verib.

Nazirlik həmçinin təxminən 100 nəfərin xəstaxanaya götürüldüyünü xəbər verir.

Türkiyənin daxili işlər nazirliyi bunun terror aktı olduğunu bəyan edib.

Adı çəkilməyən 2 Türkiyə rəsmisi isə Reutersə bildirib ki, insident göstərir ki, bunun arxasında İslam Dövləti qrupu durur.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, Sosialist Gənclər Assosasiyası Federasiyasının 300-dək üzvü Suriyanın Kobani şəhərinə gedib bərpa işləri ilə məşğul olmağı müzakirə edirmişlər.

Bu mərkəz Kobaninin təxminən 10 kilometrliyindədir.

Kobaninin kürd birləşmələri tərəfindən alınması İslam Dövləti qrupunun ən böyük məğlubiyyətlərindən biridir.

İslam Dövləti yaraqlılarının iyunda bu şəhərə hücumu nəticəsində 200-dən çox adam ölüb.

Bu partlayışdan sonra Kobanidəki nəzarət-buraxılış məntəqələrindən birində minalanmış maşın partladılıb və nəticədə 2 kurd əsgəri həlak olub.

Bu barədə Reutersə Suriya insan haqları mərkəzinin direktoru Rami Abdel Rahman məlumat verib.

Hadisəylə bağlı Twitter-də yayılmış görüntülər

XS
SM
MD
LG